THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Erməni lobbisinin hədəf yayındırma təşəbbüsləri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3986
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 mart 2013 – Newtimes.az

Məlum olduğu kimi, bu yaxınlarda ABŞ Prezidenti administrasiyasının rəsmi saytında Türkiyə ilə Ermənistan arasında sərhəd blokadasının götürülməsi lehinə imza toplanışına başlanılıb. Tədbirin təşəbbüsçüləri israr edirlər ki, Ankara Ermənistanla sərhədini heç olmazsa, Suriyalı erməni qaçqınları üçün açmalıdır. Belə bir arzunun və tələbin ifadə olunması bir çox cəhətdən, xüsusilə siyasi etika baxımından problem təşkil edir.

İlkin olaraq qeyd etməliyəm ki, belə bir tələb erməni lobbisinin yeni oyunlarından biridir. Məhz erməni lobbisi Amerikadan regiondakı hadisələri təsirli bir şəkildə idarə etmək istəyir. Türkiyə ilə Ermənistan arasında Sürix şəhərində imzalanan protokollardan sonra ermənilərin ümidlənməsi Azərbaycanın adekvat siyasi addımlarından sonra nəticəsiz qaldı. Türkiyə hökuməti də geri çəkildi. Məhz bundan sonra həm Ermənistan, həm də erməni lobbisi sərhədi açmaq üçün yeni fürsətlər axtarırlar. Məhz ABŞ prezidenti administrasiyasının rəsmi saytında sərhədlərin açılması ilə əlaqədar imza toplanması da belə addımlardandır. Belə ki, guya Suriyada olan hadisələrdən istifadə edərək Türkiyə, ərazisindən suriyalı ermənilərin keçirilməsi üçün müvəqqəti olaraq sərhədi açmalıdır. Təsadüfi deyildir ki, belə bir istək eyni zamanda Ermənistanda keçirilən prezident seçkiləri ilə də birbaşa bağlıdır. Məhz anti-demokratik atmosferdə keçirilən prezident seçkilərindən diqqəti yayındırmaq da bu istəyə daxildir.

Digər tərəfdən erməni lobbisinin bu istəyi, siyasi cəhətdən uzaq hədəf mahiyyətini də güdür. Sirr deyil ki, dünya erməniləri 2015-ci ilə qədər Türkiyəyə soyqırımı qətnaməsini və təzminatını qəbul etdirmək istəyirlər. Bu məqsədlə ABŞ prezidenti Barak Obamadan güclü siyasi iradə gözləsələr də, hələlik nəticə əldə etməyiblər. Bu baxımdan suriyalı ermənilərə Türkiyə-Ermənistan sərhədlərinin açılması növbəti siyasi manevrdir. Halbuki Ermənistanın Suriyaya göndərdiyi təyyarələrə belə Türkiyə tərəfindən ciddi nəzarət olunur. Əgər Ermənistan və erməni lobbisi Suriyalı ermənilərin qayğısına qalmaq istəyirsə o zaman, təyyarə vasitəsilə onları Ermənistana daşıya bilərlər. Ancaq əlbəttə ki, onların niyyətləri bu deyil!

Bu hadisə ilə bağlı maraqlı cəhətlərdən biridə budur ki, qeyd olunan tələbdə belə bir ifadə yer alır: "XXI əsrdə bağlı sərhədlər olmamalıdır". Əlbəttə ki, belə bir ifadə çox humanist mahiyyət daşıyır. Ancaq erməni lobbisinin ABŞ prezidenti administrasiyasının saytında belə bir ifadəyə yer verməsi siyasi rüsvayçılıqdır. Çünki məlumdur ki, məhz erməni lobbisi və Ermənistanın işğalçılıq siyasəti sayəsində Azərbaycanın əzəli torpaqları işğal olunmuş və sərhədlər tamamilə bağlanmışdır. Ermənilərin belə bir cəfəngiyat dolu ifadə ilə özlərini təmizə çıxarmaları siyasi etika baxımından "tərbiyəsizlikdir”.

Bu baxımdan əzəli Azərbaycan torpağı olan Xocalıda, yeni aeroportun istifadə verilmə niyyəti də Ermənistanın və erməni lobbisinin düşünülmüş provakativ addımlarından biridir. Bütün bu fəaliyyətlər əsas mövzu və məsələdən hədəfi yayındırmaq planına xidmət edir. Məhz ermənilər bu minval ilə dünya ictimaiyyətini öz daxillərində gedən proseslərdən uzaqlaşdıraraq süni problemlər ətrafında toplamağa çalışırlar.

Belə bir ucuz tələb, eyni zamanda Suriyalı ermənilər üçün də təhlükəlidir. Məlum olduğu kimi Bəşər Əsəd rejimi hələ də davam edir. Və bu rejim heç bir zaman belə istəyi qəbul etməz ki, sərhədləri açılsın və say-seçmə Suriya vətəndaşları olan ermənilər Türkiyə ərazisinə keçərək Ermənistana getsinlər. Onsuz da Suriyadan qaçanlar, Türkiyə ərazisində qaçqın statusu alaraq çadır şəhərciyə yerləşdirilirlər. Ermənilər də bura daxildir. Məhz belə bir iddianı ortaya atmaq, Suriyalı erməni vətəndaşlarını da hazırkı rejimdə təzyiqlər qarşısında qoyur. Bir də ki, Suriyada cah-cəlal içərisində yaşayan ağlı başında olan erməni, heç bir zaman səfalət içərisində sürünən və anti-demokratik bir ölkə olan Ermənistana getmək istəməz. Bu erməni Türkiyədə çadır şəhərciyində yaşamağı Ermənistana getməkdən daha üstün tutar.Nəticədə belə bir tələbin ifadə olunması, əsas diqqətləri hədəfdən yayındırma strategiyasına xidmət edir. Məqsəd isə aydındır: erməni hiyləgərliyini yenidən ört-basdır etmək və dünya ictimaiyyətinin diqqətini bu hədəfdən uzaqlaşdırmaq.

Dr. Rəşad İlyasov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...