THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Oliqarxların əlində oyuncaq olan ölkə

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8774
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 fevral 2013 – Newtimes.az

Fevralın 18-də Ermənistanda keçirilən prezident seçkiləri başa çatmış və Serj Sərkisyan növbəti dəfə prezident kürsüsünə sahib olmuşdur. Seçkilər hakimiyyəti əldə saxlamaq naminə xüsusi canfəşanlıq göstərən elitanın ölkə iqtisadiyyatını iflic vəziyyətinə saldığı və cəmiyyəti yoxsulluq girdabına sürüklədiyi bir dövrə təsadüf etmişdir. S.Sərkisyan seçkiqabağı kampaniyada xalqa bol-bol yalan vədlər versə də, ölkədə yaşayış səviyyəsinin həddindən artıq aşağı düşməsi səbəbindən ümidsizliyə qapılan sadə xalq kütləsində heç bir inam yaratmamışdır.

"Heritage Foundation" və "Wall Street Journal”da dünya dövlətlərinin iqtisadi vəziyyətinə dair dərc edilən illik göstəricidə ən axırıncı yerlərdən birini tutan Ermənistanın 2013-cü ildə də iqtisadiyyatında heç bir dəyişikliyin baş verməməsi, əksinə vəziyyətin daha da ağırlaşması yoxsulluğun son həddində yaşayan əhalinin aşağı təbəqəsini yenə də pessimist hisslərə qapılmağa vadar edəcəkdir. Serj Sərkisyanın yalanla yoğrulan vədlərinə baxmayaraq dövlət tərəfindən verilən yardımlar, təqaüdlər və əmək haqları artırılmayacaqdır.

Ermənistanda investisiya siyasəti olmadan işsizlik problemini həll etmək mümkün deyildir. Hakimiyyət qiymətləri artırmaqla yardım alan və aldıqları təqaüdlə zorla dolanan əhalini əzab çəkməyə vadar etmişdir.

Hakimiyyət yoxsul təbəqənin yaşayış səviyyəsini yaxşılaşdırmaq əvəzinə gələcəkdə vergiləri artırmaqla dövlət büdcəsinə 418 milyard dram əlavə gəlir gətirməyi qərara almışdır. Hələ 2012-ci ildə vergilərin artırlması daha da yoxsullaşmaqda olan əhali arasında böyük narazılıq yaratmışdır. Çünki bu əlavə gəlir əhalinin sosial şəraitinin yaxşılaşmasına xidmət etməmiş, əksinə müxtəlif yollarla dövlət rəsmləri olan oliqarxların ciblərinə axmışdır. Nəticədə ölkədə yoxsulluğun son həddində yaşayan insanların sayı xeyli artmışdır. Hakimiyyətdə olanların yeritdiyi siyasət əhalinin tamamən kasıblamasına, 34 faizinin yoxsulluğun son həddində yaşamasına səbəb olmuşdur. Əhalinin həyat tərzi ilə bağlı ölkədə aparılan sorğuda iştirak edənlərin yalnız 10 faizi yaşayış səviyyəsindən razı qaldığını, 37,4 faizi isə dözülməz və ağır şəraitdə yaşadıqlarını bildirmişdir.

Ermənistan əhalisini ciddi bir məsələ - milli valyuta olan dramın alıcılıq qabiliyyətini getdikcə itirməsi təhdid edir. 2009-cu ildə hökumət dramı xilas etmək üçün müəyyən vasitələrə əl atsa da, bunun heç də xeyri olmamış, milli valyutanın bazar fonunda kursu getdikcə aşağı düşmüş, dolların məzənnəsi daha da artmış, bir dollar üçün 300 dram deyil, 360 dram ödəmək lazım gəlmişdir. Nəticədə əhali əmanətlərinin böyük bir hissəsini itirməli olmuşdur. Bu gün 2009-cu ildəki səhnə yenidən təkrar oluna bilər. Hakimiyyətin apardığı daxili siyasət 2013-cü il büdcəsinin təhlükəli olmasından xəbər verir. Dövlət rəsmləri dramı xilas etmək üçün onu 20 faiz devalvasiya etməyə çalışır. Elə bu səbəbdən də erməni əhalisi gündəlik həyatlarının yaxşılaşacağına ümid bəsləməməlidir.

Yaxşı həyat tərzi çox az bir qisim erməni üçün realdır. Əhalinin 90 faizi hesabına 10 faiz erməni firavan həyat sürür və varidatlarını getdikcə artırırlar. Hakimiyyət və dövlət məmurları ilə əlaqəli olan iş adamları və bankirlər yüksək səviyyəli həyat tərzi sürürlər. Əhalinin əksəriyyəti isə aclıq və səfalətə düçar olur. İqtisadiyyatı getdikcə tənəzzülə uğrayan kasıb ölkə gənc nəslə heç nə vəd etmir.

Korrupsiyaya qurşanan məmurların və oliqarxların əlində artıq oyuncağa çevrilən ölkədə ağır vəziyyət yaranmışdır. İşsizlik, varlanmaq ehtirasına qapılan məmurların xalqı çapıb talaması çoxlarını xaricə qaçmağa vadar etmişdir. Rəsmi məlumata görə ailələrini dolandırmaq naminə Avropa ölkələrinə, xüsusilə də Rusiyaya üz tutan ermənilərin sayı bir milyonu ötmüşdür. Əlbəttə, bu rəsmi məlumatdır, qeyri rəsmi məlumata əsasən onların sayı qat-qat artıqdır və doğma vətənlərini tərk etmə prosesi bu gün də davam edir.

Maliyyə böhranı Ermənistanı çıxılmaz vəziyyət qarşısında qoymuşdur. Ölkə getdikcə talanır. Xaricdəki güclü erməni lobbisinin yardımı olmasa, bu ölkənin varlığı şübhə altında ola bilər. Serj Sərkisyanın prezident seçkiləri ərəfəsində verdiyi vədlərə yoxsulluğun son həddində yaşayan insanlar artıq inanmırlar. Onun əvvəlki beşillik hakimiyyəti dövründə əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində bir iş görülməmiş, əksinə kasıb təbəqənin sayı getdikcə artmışdır. S. Sərkisyanın hakimiyyəti ona yaxın bir qrup adamın varlanmasına xidmət etmişdir.

Bir sözlə, bir qrup oliqarxın əlində oyuncaq olan və onlar tərəfindən idarə olunan Ermənistanda heç də yaxşı gələcək görünmür.

Əsgər Əliyev,

Paris

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...