THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanda uşaqların dumanlı gələcəyi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4634
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 fevral 2013 – Newtimes.az

Adətən sivil ölkələrdə cəmiyyətin gələcəyi olan uşaqlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunur. Onların böyüməsi, təhsil alması, ictimai mühitdə yer tutması üçün əlverişli şərait yaradılır. Amma iqtisadiyyatı iflic vəziyyətinə düşən, əhalisinin əksəriyyəti yoxsulluğun son həddində yaşayan, korrupsiyalaşmış Ermənistanda yetişən gənc nəsil barədə bunları demək çətindir. Dövlət başçısının və rəsmi dairələrin beynəlxalq ictimaiyyəti aldadaraq Ermənistanda "gözəl həyat”, "əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması”, "uşaqların işıqlı gələcəyi naminə onlara lazımı qayğı göstərildiyi” haqqında yalan dolu məlumatlar versələr də, ölkədə yaranmış acınacaqlı vəziyyət bunun tamam əksini göstərir.

UNİSEF-in son məlumatları Ermənistandakı 300 min uşağın 41,4 faizinin yoxsulluğun son həddində yaşadığını, 27 min uşağın yarı ac, yarı tox həyat sürdüyünü, əlil uşaqların 5 faizinin tamamilə çıxılmaz vəziyyətdə olduğunu bəyan etmişdir.

Ermənistan rəhbərlərinin ölkəni uçuruma aparan siyasət yürütmələri əhalinin aşağı təbəqəsinin əksəriyyətini yoxsulluğun astanasında yaşayış səviyyəsinə gətirib çıxarmış, dörd və daha çox uşaqlı ailələri acınacaqlı vəziyyət qarşısında qoymuşdur. Belə ailələr əhalinin 74 faizini təşkil edir. Onlardan 24 faizinin yaşayış səviyyəsi dözülməz dərəcədədir.

Ermənistanın statistika idarəsi 5922 nəfər arasında sorğu keçirmişdir. Sorğuda iştirak edən qadınların 68 faizi hazırkı dövrdə uşaq dünyaya gətirmək istəmədiklərini bildirmiş, 13 faiz isə yalnız iki ildən sonra uşaqlarının olmasını arzuladıqlarını diqqətə çəkmiş, 19 faiz isə cavab verməkdən imtina etmişdir. Ölkədə yetişməkdə olan gənc nəslə " işıqlı gələcək” vəd edən Ermənistanın əsl reallıqları budur.

ArmeniaNov.com xəbərlər agentliyinin müxbiri Kayane Abramyan Parisdə güclü erməni lobbisinin vəsaiti hesabına nəşr olunan " Ermənistan xəbərləri” (Les Nouvelles d’Aremenie) jurnalının cari ilin 12 yanvar tarixli nömrəsində dərc etdirdiyi "Korrupsiya yetimxanaların vəziyyətinə cavabdehdirmi?” sərlövhəli məqaləsində qeyd edir ki, 6 il əvvəl Ermənistan rəhbərliyi ölkənin iqtisadi yüksəlişinə nail olmaqla yoxsulluğun son həddində yaşayan ailələrin sosial vəziyyətini yaxşılaşdıracaqlarını, dolanışığın ağır olması səbəbindən uşaq evlərinə verilən uşaqların ailələrinə qayıtmalarını təmin edəcəklərini vəd etmişdilər. Amma verilən vədlər elə vədliyində qalmış, bu sahədə hər hansı bir dəyişiklik əldə olunmamışdır.

UNİSEF-in məlumatına istinad edən müəllif Ermənistanda fəaliyyət göstərən 10 uşaq evində yaşayan 4900 uşağın 80 faizinin ailəsinin yoxsulluğun son həddində yaşadıqlarından uşaq evlərində dövlət himayəsinə verdikləri övladlarını geri götürə bilmədiyini diqqətə çəkmişdir.

Məqalədə UNİSEF-in xahişi ilə Ermənistan hökuməti yoxsulluğun son həddində yaşayan çoxuşaqlı ailələrə və onların uşaqlarına yardım məqsədilə xüsusi proqram hazırlamasından altı il keçməsinə baxmayaraq, bu sahədə nəinki bir irəliləyiş əldə edilmiş, əksinə daha acınacaqlı vəziyyət yarandığı, maliyyə yardımının göstərilməməsi, məmurların bu məsələyə soyuq münasibətləri proqramın reallaşmasına mane olduğu yer almışdır.

Dövlət statistika idarəsinin məlumatına görə ölkədə sosial vəziyyətin daha da ağırlaşması ucbatından uşaq evlərinə verilən uşaqların sayı getdikcə artmaqdadır. 2011-ci ildə 26 uşaq öz ailəsinə qayıtdığı halda, 267 uşaq uşaq evlərinə verilmişdir. Bu isə özlüyündə dövlət rəsmlərinin ölkənin işıqlı gələcəyi barədə söylədikləri fikirlərin sabun köpüyündən başqa bir şey olmamasına dəlalət edir.

Müəllif bildirir ki, uşaq evlərində vəziyyət heç də ürəkaçan deyildir. Korrupsiyaya uyan məmurlar utanmadan, çəkinmədən uşaqlara ayrılan vəsait hesabına varlanmağa cəhd göstərirlər. 2012-ci ildə uşaq evlərinin saxlanılması üçün dövlət büdcəsindən 1,7 milyard dram (4 milyon dollara yaxın) ayrılmışdır. Uşaq evlərində aparılan yoxlamalar çoxlu sayda korrupsiya hallarını üzə çıxarmışdır. Uşaq evlərinə alınan ərzağın qiyməti bazar qiymətindən 200 dəfə baha olduğu aydınlaşdırılmışdır. Dövlət tərəfindən ayrılan vəsaitin əksər hissəsi məmurlar tərəfindən mənimsənilmişdir. Ermənistanın əhalinin sosial müdafiəsi naziri Artyom Asatryan etiraf etmişdir ki, ölkədə korrupsiyaya son qoyulmayınca vəziyyət düzəlməyəcəkdir.

UNİSEF-in Ermənistandakı nümayəndəsi Eduard İsraelyan ölkəsi ilə müqayisədə qonşu Gürcüstanda uşaqlara qayğının yüksək olduğunu və onların təcrübəsindən yararlanmağın vacibliyini vuğulamışdır.

Sonda müəllif bir daha etiraf edir ki, Ermənistanda uşaqlarla bağlı problemin həlli üçün siyasi istək yoxdur. Ölkədə baş alıb gedən korrupsiya bu istək yolunda əsas maneədir.

P.S. Məqalədə Fransada nəşr olunan " Ermənistan xəbərləri” jurnalında dərc olunan materiallardan istifadə olunmuşdur.

Əsgər Əliyev

Paris

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...