THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan: siyasi qətllər mərhələsi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6011
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 fevral 2013 – Newtimes.az

İrəvanda prezidentliyə namizədlərdən birini güllələdilər. Bu hadisəni yerli ekspertlər terrorun yeni dalğasının başlaması kimi qiymətləndirirlər. Eyni zamanda, həmin hadisədən bəzi namizədlərə təzyiq vasitəsi kimi istifadə ediləcəyi haqqında danışılır. Bütövlükdə isə Ermənistanda vəziyyətin daha da gərginləşə biləcəyi proqnozlaşdırılır.

Yeni terror dalğası

Ermənistanın paytaxtında açılan iki atəş ölkəni qarışdırdı. Milli təyini-müqəddərat ittifaqı partiyasının sədri Paruyr Ayrikyanın sui-qəsdə məruz qalması arxasında siyasi və geosiyasi faktorların dayandığı haqqında fikirlər səsləndi. Bəzi analitiklər "böyük terror başlayır” kimi proqnozlar verdilər.

Bu cür proqnozların əsası vardır. Çünki prezident seçkisi ərəfəsində Ermənistanda terrorun baş qaldırması bu dövlətin mahiyyətinə uyğundur. Həmin aspektdə iki məqamdan danışmaq mümkündür. Birinci məqam daxili vəziyyətlə bağlıdır. Hazırda ölkədə müxalifət real güc deyil. 20-dən çox silahlı qruplaşma hakimiyyət uğrunda mübarizə aparır.

İkinci məqam Ermənistanın dövlət kimi Rusiyanın forpostu olmasından qaynaqlanır. Bunu artıq ölkənin siyasətçiləri, siyasətşünasları, jurnalistləri və analitikləri də etiraf edirlər (bax: Джеймс Акопян. «Барабанная» дипломатия. Lragir.am, 21 dekabr 2012). P.Ayrikyan ona edilən sui-qəsdin arxasında Rusiyanın durduğunu açıq deyib (Кого подозревает Айрикян. Lragir.am, 1 fevral 2013).

Buradan hazırkı mərhələdə Ermənistanda baş verən siyasi hadisələrin ümumi məntiqini aydınlaşdırmaq mümkündür. Bu ölkə müstəqil siyasət yeridə bilmir və onun zərərini görür. L.Ter-Petrosyanın prezidentliyi dövründə erməni parlamentində kütləvi qətliam törədilməsi (1999-cu il) ilə P.Ayrikyana sui-qəsd edilməsi arasında əlaqə olduğu təəssüratı yaranır. Hər ikisi siyasi terror zəncirinin həlqələridir.

Erməni ekspertlər rəsmi İrəvanın Rusiyanın təzyiqlərinə məruz qaldığını vurğulayırlar (daha ətraflı bax: Наира Айрумян. От чего Паруйр Айрикян спас Армению. Lragir.am, 2 fevral 2013). Məsələnin bu aspekti əsasən, erməni siyasətinin iflası ilə bağlıdır. Bununla yanaşı, prezidentliyə digər namizədlərin də həyatı üçün təhlükənin olduğu haqqında fikir bildirirlər. Məsələn, Ermənistan mediası namizədlər sırasında daha fəal olan Andrias Qukasyana qarşı təxribatların törədilə biləcəyini istisna etmir.

Faktiki olaraq Ermənistan rəhbərliyi illərdir yeritdiyi yarıtmaz xarici siyasətin acı bəhrəsini görür. Bir qədər əvvəl ABŞ, Avropa İttifaqı və Rusiya diplomatları İrəvana səfər ediblər. Onların hər biri Ermənistana təhlükəsizliklə bağlı təminat verməyə çalışıb. Ancaq bu təkliflərin hər birinin arxasında böyük dövlətlərin maraqları dayanır. Ölkənin bəzi mətbuat orqanı ""Nankor Ermənistan” daha çox tələb edir” kimi ironik fikirləri manşetlərə çıxarıb (bax: Наира Айрумян. «Неблагодарная Армения» требует больше. Lragir.am, 31 yanvar 2013).

Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrəvana səfəri zamanı "təhlükəsizliyin yeni elementləri”ndən danışıb. Lakin məsələ Ermənistanda hərbi texnikanın servis mərkəzlərini açmaq və "KamAZ” markalı avtomobillərin bəzi hissələrini hazırlamaqdan o tərəfə keçməyib. Rusiyalı nazirdən sonra ABŞ səfiri Con Heffern ermənilərə "möhtəşəm müqavilə” təklif edib. Bu, idarəetmə sistemi və demokratiyanın inkişafı ilə əlaqəlidir. Ekspertlər vurğulayırlar ki, həmin layihə üçün 6 ilə cəmi 32 milyon dollar vəsait ayrılıb ki, bu da nazirlərin əməkhaqqını ödəməyə ancaq yetər.

Avropa dövlətləri məsələyə ABŞ və Rusiyadan fərqli yanaşmırlar. Fransa Ermənistanla hərbi saziş imzalayıb, lakin orada konkret olaraq ciddi əməkdaşlıq nəzərdə tutulmayıb. Həmin sənəddə söhbət kadr hazırlığından gedir.

Bunlar böyük dövlətlərin Ermənistanı öz maraqlarına tabe etdirmək üçün ona müxtəlif vədlər verdiyini göstərir. Hələlik bu ölkəni ciddi qəbul etmirlər. Moskvanın ona təsiri isə çox güclüdür. Hazırda erməni ekspertlər bununla bağlı təhlükəli bir oyunun qurulduğunu vurğulayırlar.

Geosiyasi təhlükələr

Ermənistan mətbuatı yazır ki, Rusiya "təhlükəsizliyin yeni elementləri”ndən danışarkən Qarabağın işğal olunmuş hissəsinə və ölkənin İranla sərhədinə qoşun yeritməyi nəzərdə tutur (bax: Наира Айрумян. От чего Паруйр Айрикян спас Армению. Lragir.am, 2 fevral 2013). Rəsmi İrəvan isə buna razılıq vermir. Çünki S.Sarqsyan Qərbin təzyiqlərindən çəkinir. Seçki ərəfəsində erməni prezident bunu heç arzulamır. P.Ayrikyana sui-qəsd edilməsi bu kontekstdə müəmmalı görünür – onu rəsmi İrəvanın özü də təşkil edə bilərdi. Bütün hallarda hiss edilir ki, həmin aksiya Ermənistanda siyasi terroru səngitmək və regionda gedən geosiyasi prosesləri nəzərə almaq məqsədi ilə həyata keçirilib.

Burada Ermənistanın qorxduğu məqamlar var. Ermənilər hər şeydən əvvəl Suriyaya Qərbin hərbi müdaxiləsinin mümkünlüyündən ehtiyat edirlər. B.Əsəd hakimiyyətinin çöküşündən sonra İran ətrafında gərginlik daha da artacaq. İndidən ekspertlər Tehranın Suriyadakı müharibəyə cəlb edilməsi ehtimalından danışırlar. İranda vəziyyətin ağırlaşması ilə bütövlükdə region daha yüksək gərginlik mərhələsinə keçə bilər. Məhz bu məqamda Ermənistanın hansı təhlükə ilə üzləşəcəyi tam aydın deyil.

Rusiya Qarabağa və Ermənistanın İranla sərhədinə qoşun yeritsə, İrəvan çətin vəziyyətə düşə bilər. Çünki bu halda erməni dövləti birbaşa Qərbin hədəfinə çevrilir. Erməni siyasətçilər bundan çox ehtiyat edirlər. Lakin çıxış yolu da tapa bilmirlər, çünki düzgün xarici siyasət kursu müəyyənləşməyib.

S.Sarqsyanın son Moskva səfəri zamanı Gömrük İttifaqının İqtisadi kollegiyasının sədri V.Xristenko Ermənistanı Kalininqradla müqayisə edib. Bu, faktiki olaraq erməni dövlətçiliyini təhqir etmək deməkdir. Lakin erməni siyasətçilər həmin fakta ciddi etiraz edə bilmədilər. Ölkənin xarici siyasəti bütövlükdə böyük dövlətlərin maraqlarına xidmət edir.

Problemin başqa təhlükəli tərəfi regionun qeyri-müəyyənliyə sürüklənməsindən ibarətdir. Açıq görünür ki, Ermənistanda prezident seçkisi geosiyasi oyunların elementinə çevrilib. Ölkə daxilində kriminogen vəziyyətin ağırlaşması sübut edir ki, istənilən vaxt sosial partlayış baş verə bilər. Bu da ümumilikdə Cənubi Qafqazda gərginliyi artıra bilər.

Rəsmi İrəvanın bu vəziyyətdən çıxış yolu tapacağına inam azdır. Buna onun siyasi iradəsinin çatacağı şübhə doğurur. P.Ayrikyana qarşı sui-qəsdin törədilməsi həmin aspektdə müəyyən qüvvələrin hakimiyyətə xəbərdarlığı kimi də qəbul edilə bilər. Erməni mətbuatı da vurğulayır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın "bunun sui-qəsd olduğunu hələ aydınlaşdırmaq lazımdır”, söyləməsi əslində xəbərdarlıqdır. Yəni indi sadəcə kimlərisə qorxudurlar.

Göründüyü kimi, Ermənistan regionun qeyri-müəyyənlik mənbəyidir. Prezident seçkisi vaxtında baş tutsa belə, bu ölkə təhlükə törətməkdə davam edəcək. Müxtəlif xarici qüvvələr ondan bölgədə gərginlik yaratmaqda istifadə edəcəklər. Belə bir vəziyyətdə regiondakı münaqişələrin həlli məsələsi daha da çətinləşə bilər. Təəssüf ki, böyük dövlətlər hələ də regionun taleyinə biganə qalırlar. Rəsmi İrəvanı hər vəchlə müdafiə etmək Cənubi Qafqazı böyük təhlükələrlə üz-üzə qoymaq deməkdir.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...