Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı müzakirələr müstəqil dövlətçilik tariximizin şanlı səhifələrindən biri kimi yaddaşlardan silinməyəcək. Ekspertlər indi bu görüşün geosiyasi nəticələrini analiz edirlər. Bunun tarixi perspektivdə Azərbaycanda müstəqil dövlət quruculuğunun hazırkı mərhələsinin diplomatiya və geosiyasətlə kəsişən mühüm faktorları aspektində də çox əhəmiyyətli hadisə olduğunu etiraf etməyimiz lazımdır. Brüssel müzakirələri Ermənistanla münasibətlərin yaradılması üçün Azərbaycanın irəli sürdüyü baza prinsiplərinə dair təklifin dəstəklənməsi ilə yanaşı, görüşdən sonra Avropa İttifaqının postmünaqişə mərhələsində Cənubi Qafqazda formalaşmış geosiyasi mənzərəni qəbul etdiyini bəyan etməsi baxımından da vacib olaydır. Başqa faktorlarla yanaşı, həm də ona görə ki, üçüncü Brüssel görüşü ərəfəsində ABŞ, Rusiya, İran və Türkiyə Azərbaycanın mövqeyini ədalətli hesab etdiklərini ifadə etdilər.
Rusiyanın Ukraynaya qarşı müharibəsi dövlətlərin təhlükəsizliyi və suverenliyini fərqli şəkildə gündəliyə çıxarıb. Bu savaşdan əvvəl Avropa dövlətləri də daxil olmaqla silahlı münaqişələrdən uzaq olan ölkələr təhlükəsizlik kimi məsələlərə indiki qədər həssas və ehtiyatla yanaşmırdılar. Ancaq Rusiyanın radikal davranışından sonra yaxın və uzaqlığından asılı olmayaraq, hər bir dövlət bu istiqamətdə addımlar atmağa başlayıb. Bəziləri ərzaq ehtiyatı toplayır, silah və hərbi texnika alır, kimisi müttəfiqləri ilə təlimlər keçirir, bir sıra dövlətlər isə Rusiyanı neytrallaşdırmaq üçün onunla yaxın olduğunu göstərmək istəyir. Bəzi dövlətlər də öz təhlükəsizliyi və suverenliyini NATO-ya, hərbi-siyasi bloka daxil olmaqla təmin etmək istəyir.
Bu ilin noyabr ayında Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında Soçidə keçirilən görüş ekspertlərin böyük marağına səbəb olub və onun geosiyasi təhlili davam edir. Qərb və Rusiya ekspertləri bütövlükdə bu görüşün əhəmiyyətini vurğulayırlar. Vladimir Putinin həmin görüşdə tərəflərin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə ilin sonunadək Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşünə də müsbət yanaşması müəyyən konstruktiv əhval-ruhiyyə yaradıb. Bir sıra ekspertlər bunu Kremlin vəziyyətə hakim olmasına əminliyi ilə izah edirlər. Bununla yanaşı, Azərbaycanın xüsusi rolu mütləq vurğulanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə böyük ustalıqla postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində iştirak edir. Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir.
Qərbdə yeni dünya nizamının mərkəzinə çevrilmək hüququ uğrunda daxili rəqabətin geniş vüsət aldığı hazırkı tarixi şəraitdə Avropa İttifaqı özünün siyasi kursunda dəyişikliklər etməyə çalışır. Ekspertlər bunu qlobal miqyasda geosiyasi mənzərədə son illər özünü göstərən ciddi transformasiyalarla da əlaqələndirirlər. Bu çərçivədə Brüsselin "Şərq Tərəfdaşlığı" Proqramı ilə bağlı atdığı addımlar böyük maraq doğurur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaz turnesi bu baxımdan ekspertlərin diqqət mərkəzində qalmaqdadır.
Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dünyada analoqu yoxdur. Siyasi liderlər dəfələrlə bu faktı təsdiq ediblər. İkinci Qarabağ müharibəsindən sonra iki qardaş ölkənin münasibətlərinin inkişaf xarakteri və dinamikası göstərir ki, yeni tarixi şəraitdə onlar daha dərin və əhatəli əlaqələr səviyyəsinə keçməkdə qətiyyətlidirlər. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir.
Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfərə gedir. Onun Rusiya prezidenti Vladimir Putinlə, əsasən, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcəyinə dair xəbərlər yayılıb. Bununla belə iki liderin müzakirə edəcəyi məsələ detalları ilə ictimaiyyətə bəlli olmur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı qələbə geniş geosiyasi məkanda ciddi dəyişikliyə səbəb olub. Bu prosesin fonunda Zəngəzurdan – tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də Türkiyə ilə birləşdirəcək yeni birləşdirici dəhlizin əhəmiyyəti aydın nəzərə çarpır. O cümlədən müxtəlif dövlətlərin bu məsələyə münasibəti, regional və qlobal əməkdaşlıq kontekstində dəhlizin meydana gətirə biləcəyi yeni məqamlar, Azərbaycanın müstəqil dövlət kimi fəaliyyətinin məzmunu kimi məsələlərin aktuallaşdığı şübhəsizdir. Həmin bucaq altında Zəngəzur dəhlizinin reallaşmasının geosiyasi analizi də çox aktualdır. Ekspertlər bu məsələ ilə bağlı öz fikirlərini ifadə edir, müəyyən proqnozlar verirlər. Maraqlıdır ki, proqnozların mütləq çoxluğu Zəngəzur dəhlizinin regional əməkdaşlıqda müstəsna rol oynayacağına olan inamla bağlıdır.
Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Keçən əsrin 90-cı illərindən başlayan bu münasibətlərin dinamikası zaman-zaman fərqli olub. Aİ-nin qonşuluq siyasətinə etdiyi düzəlişlər fonunda 2015-ci ildən bu yana müşahidə edilən sürətli geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində də maraqlı yeniliklərə səbəb olmaqdadır. Ekspertlər xüsusən qırx dörd günlük İkinci Qarabağ müharibəsindən sonra Aİ ilə Azərbaycan arasında münasibətlərin hansı xətt üzrə inkişaf edəcəyi ilə ciddi maraqlanırlar. Müxtəlif təhlillər aparılır, proqnozlar verilir.
Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olan Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrdir. Belə ki, Azərbaycan Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının fəal iştirakçılarından biridir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Həm Azərbaycan, həm Aİ son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirir.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...