THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Putin və Makron Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
84321
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 noyabr 2020 – Newtimes.az

Rusiya prezidenti Vladimir Putin və onun fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olunub.

V.Putin Rusiya tərəfindən qan tökülməsini dayandıran və yeni qurbanların olmasına imkan verməyən fəal vasitəçi səylər, eləcə də təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə E.Makrona məlumat verib.

Qeyd olunub ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatı icra olunur və regionda vəziyyət ümumilikdə sabitdir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin xətti ilə işin koordinasiyasına hazırlıqlarını bildirən liderlər qaçqınların daimi yaşayış yerlərinə qayıtması və əhalinin normal həyat şəraitinin təmin olunması, infrastrukturun bərpa olunması, xristian məbədləri və monastrlarının qorunub saxlanılması da daxil olmaqla, təxirəsalınmaz humanitar məsələlərin vacibliyinə diqqəti yönəldiblər.

V.Putin Dağlıq Qarabağda qurumlararası Humanitar Yardım Mərkəzinin yaradıldığını bildirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...