THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ter-Petrosyan: "Paşinyan Ermənistanı bəlaya düçar etdi"

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
54561
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 noyabr 2020 – Newtimes.az

"Hakim "Mənim addımım" parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hökumət Qarabağ (separatçıları nəzərdə tutur – red.) və Ermənistanı hansı bəlaya düçar etdiklərini, bütün erməni xalqına qarşı bağışlanmaz bir cinayət törətməklə yaratdıqları fəlakəti hələ başa düşməyiblər".

"Report" "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistan Milli Konqres Partiyasının sədri, keçmiş prezident Levon Ter-Petrosyan başçılıq etdiyi siyasi təşkilatın toplantısında bildirib.

Onun sözlərinə görə, hökumət bununla daxili siyasi böhrandan çıxmağın konstitusiya yolunu qəti şəkildə rədd edir, qarşıdurmanı ağırlaşdıran bir yol tutduğunu açıq şəkildə göstərir: "Bu, iddia etdikləri demokratiya və parlamentarizmin kobud şəkildə pozulmasından başqa bir şey deyil".

Qeyd edək ki, noyabrın 10-da Ermənistan parlamentinin müxalifət fraksiyalarının nümayəndələri Dağlıq Qarabağla bağlı növbədənkənar iclas keçirməyə çalışmışdı. Ancaq "Mənim addımım" iştirak etmədiyindən yetərsay olmayıb və toplantı baş tutmamışdı. Bunun ardınca hakim fraksiya Ermənistanda daxili siyasi, hərbi vəziyyəti pozmağa yönəlmiş heç bir iclasda (parlament iclasını nəzərdə tutur – red.) iştirak etmək fikrində olmadığını bildirmişdi.

Noyabrın 11-də isə müxalifət Dağlıq Qarabağla bağlı son razılaşmaların ləğvi məqsədi ilə etiraz aksiyası keçirib.

Xatırladaq ki, noyabrın 10-da gecə saatlarında Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzalayıblar.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...