
Bakı, 15 sentyabr 2020 – Newtimes.az
"Avropa İttifaqının (Aİ) Türkiyə ilə münasibətləri dönüş nöqtəsindədir".
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell Avropa Parlamentində çıxışında deyib.
"Əlaqələrimiz tarixin dönüş nöqtəsindədir, önümüzdəki günlərdə baş verəcək hadisələrə uyğun olaraq bu əlaqələr bir və ya digər tərəfə doğru dəyişəcək", – deyə Borrell bildirib.
Aİ-nin Ali Nümayəndəsi Ankaranı Şərqi Aralıq dənizində münaqişədən geri çəkilməyə çağırıb.
Qeyd edək ki, növbəti həftə Aİ liderləri Türkiyə ilə bağlı məsələni müzakirə edəcək.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...