THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Mövlud Çavuşoğlu: Türkiyə heç bir ilkin şərti olmayan dialoqun tərəfdarıdır

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5241
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 sentyabr 2020 – Newtimes.az

NATO-nun Baş katibi Yens Stoltenberqin Şərqi Aralıq dənizində yaşanan gərginliyin azaldılması, hərbi birliklər arasında arzuolunmaz toqquşmaların və münaqişələrin qarşısının alınması ilə bağlı təşəbbüsünü dəstəklədik. Yunanıstan tərəfi isə əvvəlcə bu təklifə razılıq verib, sonra isə qərarını dəyişib. NATO-nun vasitəçiliyi məsələsində yalan danışan qurumun Baş katibi deyil, Yunanıstan tərəfidir.

Trend xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu gündəmdə olan siyasi proseslərə münasibət bildirərkən deyib.

Türkiyənin bütün problemlərin beynəlxalq hüququn normaları çərçivəsində həllini istədiyini və dialoq tərəfdarı olduğunu diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, məlum məsələlərdə Yunanıstanın haqsız olduğunu Avropa İttifaqı ölkələri də bilir. Haqlı olan tərəf danışıqlardan qaçmaz. Biz ilkin şərti olmayan danışıqların tərəfdarıyıq. Türkiyə bütün su sahələrində, o cümlədən Egey, Şərqi Aralıq dənizlərində hüquq və mənafelərini müdafiə etməkdə qərarlıdır.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...