THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyə Prezidenti piyada qoşunların tezliklə Suriyanın şimalına girəcəyini bəyan edib

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1468
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 avqust 2019 – Newtimes.az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anadolunun fəthinin ildönümünə həsr olunmuş tədbirdə bildirib ki, Silahlı Qüvvələrin piyada qoşunları tezliklə Suriyanın şimalına daxil olacaq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti deyib: "Hazırda bizim hərbi və kəşfiyyat pilotlu uçuş aparatlarımız, habelə helikopterlər həmin regionun üzərində uçurlar. Sərhəd bölgəsinə qoşunların göndərilməsi davam edir. Biz tezliklə quru qoşunlarımızın da bu əraziyə girəcəyini gözləyirik”. O əlavə edib ki, Suriyanın şimalında yerləşdiriləcək qoşun hissələri sayəsində Ankara regiondakı vəziyyətə nəzarət edə biləcək və təhlükəsiz zona yaradılması üzrə öz planlarını reallaşdıracaq. Ərdoğan qeyd edib ki, Türkiyənin bu istiqamətdə səyləri artıq öz nəticəsini verir. "Hər hansı əngəllər və regionda hesab çəkmək istəyən başqa güclərin səyləri bizim qarşımızı ala bilməz. Biz toxunulmaz sayılan problemlərin, məsələn, Fəratın şərqində təhlükəsizliyin təmin edilməsi ilə məşğuluq. Suriyanın bu ərazisi kürd silahlı birləşmələrinin nəzarəti altındadır. Onlar Ankara üçün terrorçu və milli təhlükəsizliyimizi təhdid edən qüvvələrdir”, – deyə dövlət başçısı vurğulayıb.

R.T.Ərdoğan qeyd edib ki, Ankara üçün problemin sülh və dialoq yolu ilə həlli prioritet olaraq qalır. Lakin, onun sözlərinə görə, hadisələr başqa istiqamətdə cərəyan edərsə və problemin həlli yubanarsa, o zaman Türkiyə öz planlarını həyata keçirəcək.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...