THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3003
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 avqust 2019 – Newtimes.az

Rusiya prezidenti Vladimir Putin ölkəsində keçirilən etiraz aksiyalarına münasibət bildirib.

APA-nın Rusiya bürosunun xəbərinə görə, Putin fransalı həmkarı Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında Rusiyadakı etiraz aksiyalarını şərh edib.

Onun sözlərinə görə, vəziyyəti qarşıdurmaya gətirib çıxarmağa heç kəsin haqqı yoxdur, günahkarlar isə cəzalarını almalıdırlar: "Moskvadakı etirazlar seçki dövrü ilə bağlıdır. Belə ki, sentyabrda hakimiyyətin regional orqanlarına seçkilər keçiriləcək. Vətəndaşların qüvvədə olan qanunvericiliyə müvafiq olaraq öz sakit etiraz etməyə haqları var. Hakimiyyət buna mane olmamalıdır. Lakin heç kəsin, nə hakimiyyətin, nə də bir qrup vətəndaşın qüvvədə olan qanunları pozmağa, vəziyyəti absurd səviyyəyə, ya da hakimiyyətlə qarşıdurmaya gətirib çıxarmağa haqqı yoxdur. Bu qanun pozuntusudur və bunu edənlər Rusiya qanunlarına uyğun olaraq məsuliyyətə cəlb olunmalıdırlar".

Putin iyul və avqust ayındakı aksiyaların hakimiyyətlə razılaşdırıldığını və sülh şəraitində, heç bir qanun pozuntusu olmadan keçdiyini də xatırladıb: "İstərdim ki, bizdə bundan sonra da hər şey belə keçsin, digər ölkələrdə də ekssessiz və qanunvericilik pozulmadan baş tutsun".

Rusiya prezidenti Fransada keçirilən "sarı jiletlər"in məlum etiraz aksiyalarına da toxunub: "Bildiyimiz kimi, təkcə Rusiyada belə hadisələr baş vermir. Mən qonağam, bu barədə danışmaq mənə rahat deyil, lakin məcburam, çünki belə suallar verirsiniz. Hamımız "sarı jiletlər" adlandırılan aksiyalarla bağlı hadisələri bilirik, hansı ki, bu hadisələrdə bizdə olan hesablamalara görə, 11 nəfər həlak olub, 2500 nəfər isə yaralanıb, o cümlədən 2 min polis işçisi yaralanıb. İstəmirəm ki, belə hadisələr Moskvada baş versin".

Putin Rusiyada siyasi vəziyyətin qanun çərçivəsində inkişafı üçün hər şeyi edəcəyinə söz verib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...