THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Bütün yollar Azərbaycandan keçir

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4448
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 aprel 2019 – Newtimes.az

İlham Əliyevin regional təşəbbüsləri qlobal layihələrin əsas aktoruna çevrilir

2200 il əvvəl – miladdan öncə II əsrdə Çanqandan başlayıb Aralıq dənizinin sahillərinədək, Tire şəhərinə qədər bir karvan yolu uzanırdı. Məqsədləri Çin ipəyini (sonralar bura barıt, kompas, çap dəzgahları və o dövr üçün innovativ sayılan digər ixtiralar da əlavə olundu) Avropaya satmaq olsa da, əslində, ticarətin ilk ən genişmiqyaslı logistikasını, dəhlizini formalaşdırır, keçdikləri hər şəhərə rifah, yeni iqtisadi normalar gətirirdilər. Məmləkətimizin də aid olduğu bu nəqliyyat coğrafiyası əhatələndiyi bölgələri inkişaf etdirir, yaşayış məskənləri yaranır, əlbəttə, həm də yeni münaqişələrə səbəb olurdu.

Minillik karvan yolunun müasir marşrutunda Heydər Əliyev imzası

XVI yüzillikdə yeni dəniz və daha təhlükəsiz quru yollarının meydana gəlməsi ilə əhəmiyyətini itirərək tarixə qovuşan İpək yolu bir də dörd əsr sonra iqtisadi gündəmin əsas mövzularından birinə çevrildi. Dünyanın yenidən bölüşdürülməsi prosesinin məntiqi nəticəsi olaraq, yalnız onlarla ölkənin enerji resurslarına və iqtisadi potensialına sahib olmaq kifayət etmirdi. Həm də nəqliyyat-daşıma dəhlizlərinə, ticarət marşrutlarına nəzarət vacib idi.

Ötən əsrin 90-cı illərinin iqtisadi mənzərəsi bütün sahələrdə təkmilləşməni şərtləndirirdi. Bir anda yeni dövlətlərin meydana çıxması və onların dünya bazarına azdan-çoxdan müxtəlif çeşidli mallar təklif etməsi daha müasir iqtisadi-ticarət münasibətlərini formalaşdırır, məhsul satışının qlobal ticarət ünsürü kimi daha səmərəli vasitələrlə təşkilini zəruri edirdi. Ticarətin yeni iştirakçılarının sayının davamlı artması nəqliyyat-logistika sisteminin də şaxələndirilməsini və yeni marşrutların yaranmasını əsas çatışmazlıq kimi meydana çıxartmışdı.

İpək yolunun daha da təkmilləşdirilərək və əsaslı korrektələrlə bərpası prosesində TRASEKA ilk qığılcım oldu. Avropa İttifaqının Qərblə Qafqaz və Mərkəzi Asiya ölkələrini yeni nəqliyyat dəhlizində birləşdirmək ideyası kimi təşəkkül tapan təklif 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən konfransla konkret hədəfləri, iştirakçıları və fəaliyyət prinsipləri olan layihəyə çevrildi.

Heydər Əliyev minilliklər boyu mövcud olmuş, amma tarixin sınağından çıxmayan İpək yolunu tam miqyasında olmasa da, böyük coğrafiyada yenidən bərpa etməyə xüsusi əhəmiyyət verirdi. Qonşu dövlətlərin milli nəqliyyat sistemlərinin dünyanın digər ölkələri ilə inteqrasiyasına önəm verən ulu öndərin əsasını qoyduğu yeni nəqliyyat layihələri də məhz bu kontekstdə hazırlanır və TRASEKA hüdudlarını aşacaq hədəflərə uyğunlaşdırılırdı.

İlham Əliyevdən logistik inhisarçılara müstəqil siyasət de-marşı

Məqsəd Azərbaycanı əsas yolların, dəhlizlərin keçdiyi yeni qlobal logistik mərkəzə çevirmək idi. Bu məramı həyata keçirmək isə Prezident İlham Əliyevə qismət oldu.

Azərbaycan Şimalla Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır və coğrafi mövqe üstünlüyünə malik olduğundan effektiv nəqliyyat marşrutuna çevrilmək şansı da yüksək idi. Amma etiraf edək, belə coğrafi mövqeyə sahib, – özü də bizdən daha əlverişli, – ölkələr çoxdur, ancaq onlar bu gün Azərbaycanın bu yönümdəki real fəaliyyət nəticələrinə sahib deyillər.

Ölkəmizin bu sahədəki nailiyyətləri məhz genişprofilli infrastuktur şəbəkəsinin yaradılması, onun lokal və qlobal nəqliyyat marşrutlarının tərkib hissəsinə çevrilməsi, böyük rəqabət mühitində tərəfdaşların tapılması və saylarının davamlı artırılması kimi məqamlar sayəsində əldə olunub.

Bir vacib nüansı da unutmayaq. Ölkəmizin müəllifi olduğu nəqliyyat layihələri yalnız iqtisadi mənfəət vasitəsi deyil, bu, həm də milli dövlətçiliyi inkişaf etdirən, gücləndirən vacib siyasi amildir.

Bu, İlham Əliyevin timsalında Azərbaycanın dünyada əsas logistik inhisarçılara, fövqəldövlətlərə müstəqil siyasət de-marşıdır!

2013-cü ildə Çinin dövlət başçısı Si Cinpin "Bir kəmər, bir yol'' iqtisadi inkişaf strategiyasını elan etməsi demək olar ki, bütün dünyanı uzun dövr müzakirə olunan çoxsaylı plan və layihələri artıq konkret məcrada nəzərdən keçirməyə səfərbər etdi. ABŞ və onun bəzi müttəfiqlərinin ilk gündən maneə yaratmağa çalışdığı bu təşəbbüsə onlarla dövlət dərhal dəstəyini ifadə etdi. Onların öncülləri sırasında Azərbaycan da (özü də Qafqazda ilk olaraq) var idi, ən əsası isə İlham Əliyev bu layihəni ölkəmiz üçün yeni fürsətə çevirməyə müvəffəq oldu.

Azərbaycan "Bir kəmər, bir yol''un əsas mərkəzlərindən olacaq

Çin "Bir kəmər, bir yol'' vasitəsilə Avrasiya və Afrika ölkələri, qədim İpək yolu üzərində yerləşən dövlətlər arasında qarşılıqlı əlaqələrin və ticari-iqtisadi əməkdaşlığın inkişafını, malların güzəştli şərtlərlə Şərqdən Qərbə göndərilməsi üçün ticarət dəhlizlərinin yaradılmasını təklif edir. Həmçinin "İpək Yolu İqtisadi Kəməri'', "Dəniz İpək Yolu'' adlanan iki mühüm inkişaf istiqaməti üzrə müvafiq infrastruktur formalaşdırılmasına yönələn strategiyaya əsaslanır.

İlham Əliyevin bu prosesdə öncül mövqeyini təmin edən amil yalnız onun səmimi dəstəkçi olması deyil, həm də layihənin gerçəkləşməsi üçün təklif etdiyi bütöv logistik sistemdir. Yəni dəmir, dəniz, avtomobil yollarından ən müasir liman və portlaradək hazır olan böyük və çevik nəqliyyat şəbəkəsi, yükdaşımanın təhlükəsiz marşrutu, mənfəətli təkliflər və digər bu kimi imkanlar həm "Bir kəmər, bir yol'' üçün hazır varianta çevrilir, həm də Azərbaycanın indidən digər seçimlər arasında üstünlüyünü təmin edir.

Prezident İlham Əliyev 2015-ci ilin dekabrında Çinə səfərində "İpək Yolu İqtisadi Kəməri''nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalayıb. Bu rəsmi münasibətin ardınca müxtəlif tədbirlərdə, konfranslarda layihəyə açıq dəstəyini ifadə edən dövlət başçısı elə cari ilin yanvarında Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol'' təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı'' mövzusunda sessiyanın əsas qonaqlarından olub və bu təşəbbüs barədə fikirlərini beynəlxalq ictimaiyyətə çatdırıb.

İlham Əliyev bu gün Pekində keçirilən ikinci "Bir kəmər, bir yol'' beynəlxalq forumunda iştirakı ilə mövqeyinin dəyişməzliyini və yeni təkliflərini bəyan etdi. Keçirdiyi çoxsaylı görüşlərdə, etdiyi çıxışlarda ümumilikdə Azərbaycanın yeni iqtisadi-sosial siyasətinin əsas məqamları, son islahatlar paketi barədə məlumat verən Prezident ölkəmizin etibarlı və səmərəli tərəfdaş imicini daha da möhkəmləndirdi.

Çinli mütəxəssislər, həmçinin beynəlxalq ekspertlər hesab edirlər ki, "Bir kəmər, bir yol'' strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayacaq. Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu, habelə Şimal-Cənub kimi böyük nəqliyyat layihələri, Ələt Beynəlxalq Dəniz Limanı bu layihədə əhəmiyyətli rola malik olacaq.

Göründüyü kimi, İlham Əliyevin regional geosiyasi təşəbbüsləri miqyasca davamlı olaraq böyüyür və qlobal geoiqtisadi layihələrin əsas aktoruna çevrilir.

Və bütün yollar indi Azərbaycandan keçir...

İxtiyar Hüseynli

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...