THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Azərenerji" səfirlərlə danışıqları davam etdirir

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
732
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 aprel 2019 – Newtimes.az

Baba Rzayevin başçılıq etdiyi "Azərenerji" ASC-nin nümayəndə heyəti ilə Yaponiya dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub. Məlumatı "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yayıb.

Məlumata əsasən, "TEPSCO" şirkətinin" Baş direktoru Funahashi Nobuyuki və həmin şirkətin Bakıda inşa edilən "Şimal-2" layihəsinin meneceri Sato Mitsuyuki və başqa nümayəndələrin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb.

Ötən həftə isə "Azərenerji" ASC-nin rəhbəri Türkiyənin Bakıdakı səfiri ilə danışıqlar aparmışdı.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...