THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənilər Gürcüstanda niyə nifrət qazanıblar?

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
951
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 dekabr 2018 – Newtimes.az

Cənubi Qafqazda müxtəlif xalqlar yaşayırlar. Buraya ermənilər XIX əsrdən məqsədyönlü şəkildə köçürülmüşlər və onlar qədim Azərbaycan torpaqlarında "Ermənistan'' adlı dövlət yaradıblar. Sovet dönəmində, "müttəfiq'' respublikalar kimi Gürcüstan, Azərbaycan və Ermənistan formal olaraq beynəlmiləlçi "dostluq'' şəraitində yaşayırdılar. Əslində isə ermənilərin Qafqaz xalqlarına qarşı məkrli niyyətləri həmişə mövcud olmuşdur.

Novopol.ru saytında Leyla Kandelaki adlı bir müəllif yazır ki, rəsmi Gürcüstan hökuməti Ermənistanla diplomatik səviyyədə normal münasibətlər saxlayır. Lakin ermənilərə qarşı gürcü xalqı arasında mənfi münasibət var. Bütün bunlara səbəb isə Abxaziyada müharibənin olmasıdır. Çünki o zaman Abxaziya və Cənubi Osetiya ilə birlikdə məhz Baqramyan adına erməni batalyonu da gürcülər əleyhinə müharibədə fəal iştirak etmiş, yerli gürcüləri kütləvi şəkildə məhv etmişlər.

Qeyd edək ki, ermənilər kompakt şəkildə Gürcüstanın cənubunda yaşayırlar. Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra burda ictimai-siyasi vəziyyət mürəkkəbləşdi və təhlükəli xarakter aldı. Axalsıx və Axalkələki kimi ən böyük inzibati şəhərlərdə yerli ermənilər "Virk'' və "Cavaxk'' adlı hərəkatların əsasını qoydular. Təsadüfi deyil ki, bölgədəki Rusiya hərbi bazasının mövcudluğu nəticəsində Rusiya və Gürcüstanın arasında yaranan gərgin münasibətlər fonunda burada ciddi narazılıqlar yaranmışdır.

Yuxarda adı çəkilən müəllifin fikrincə, Gürcüstanda yaşayan yerli ermənilər Rusiya yönümlü olduqları üçün gürcü cəmiyyətində onlara qarşı münasibət olduqca neqativdir. Buna misal olaraq Cavaxetiyada yaşayan erməniləri göstərmək olar. Lakin gürcülərin ermənilərə qarşı olan bu münasibətinə görə günahlandırmaq olmaz. Belə ki, gürcüstanlı alimlərin gəldikləri qənaətə əsasən, ermənilər Gürcüstan mədəni irsini mənimsəmək hesabına məşhurlaşırlar. Gürcüstanda belə bir fikir yayılmışdır ki, ABŞ Konqresində "Qızılgül inqilabı''nın ən fəal tərəfdarları erməni əsilli siyasətçilər olmuşlar. Hətta Gürcüstan dövlətində də etiraf olunur ki, erməni lobbisi ABŞ-ın, Fransanın və AB-nin siyasətində mühüm rol oynayır.

Leyla Kandelaki azərbaycanlılara qarşı məkrli bir niyyəti də ortaya çıxır: o, Gürcüstanda yaşayan aborigen azərbaycanlıları "iranlı'' kimi təqdim edir, onların İran şahı tərəfindən Gürcüstana köçürüldüyünü iddia edir. Bununla o, həm yerli azərbaycanlıları fars mənşəli etnos kimi təqdim edir, həm də onların "gəlmə'' olduqlarını iddia edir. Əslində isə o, erməni dəyirmanına su tökür. Ermənilər İrəvandakı qədim türk-müsəlman abidəsi olan yeganə məscidi təmir edərək onu bütün dünyaya fars məscidi kimi təqdim edirlər. Bir məqamı da Leyla Kandelakinin yadına salmaq lazımdır ki, onun mücərrəd İran şahı kimi təqdim etdiyi Şah Abbas əslən azərbaycanlıdır. Onun iranlı kimi təqdim etdiyi azərbaycanlılar isə Gürcüstanda əsirlər boyu öz dədə-baba topaqlarında yaşayan bu yerlərin aborigen əhalisidir.

Kamal Salayev

AMEA Qafqazşünaslıq İnstitutu Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
16 mart 2019 Коммерсантъ

Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi

Salome Zurabişvili Qarabağ məsələsində Azərbaycanı dəstəklədi.

Davamı...
Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!
23 yanvar 2019 Lragir.am

Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!

"Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər''

Davamı...