THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Səudiyyə Ərəbistanının kral ailəsi vəliəhd şahzadə üçün varis axtarır

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
760
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 oktyabr 2018 – Newtimes.az

Jurnalist Camal Kaşıkçının itkin düşməsi ilə bağlı Ər-Riyada təzyiqlərin artması səbəbindən kral ailəsi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud üçün varis axtarmağa başlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, kral ailəsinin 7 əsas tayfasının nümayəndələrini birləşdirən "ağsaqqallar şurası'' artıq bir neçə gündür bağlı qapılar arxasında bu məsələ ilə bağlı müzakirələr aparır. Bir çox ekspertlərin fikrincə, şura vəliəhd şahzadənin müavinini təyin edə bilər. Bu vəzifə 2017-ci ilin iyununda, Məhəmməd bin Salman Əl Səud taxt-tacın rəsmi varisi olduqdan sonra ləğv edilmişdi. Le Figaro qəzeti yazır ki, bu posta vəliəhd şahzadənin kiçik qardaşı, ötən həftə səfir işlədiyi ABŞ-dan vətəninə qayıdan 30 yaşlı Xalid bin Salman təyin oluna bilər. Əgər Xalid bin Salman müavin təyin edilərsə, bu, o deməkdir ki, Məhəmməd bin Salman dərhal olmasa da, getməyə yaxındır. Bu, həm də o deməkdir ki, Salmanlar qanadı hakimiyyəti əlində saxlayacaq.

Kaşıkçı işinə gəlincə, CNN telekanalının bu ərəfədə yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları səudiyyəli jurnalistin dindirilmə zamanı həlak olduğunu etiraf etməyə hazırlaşır.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...