THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiya və Azərbaycan xalqlarının tarixi yaxınlığı, kifayət qədər qarşılıqlı münasibətləri olmuşdur və indi də davam edir

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
802
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 sentyabr 2018 – Newtimes.az

Tarixin səhifələrinə ciddi bir baxışdan məlum olur ki, bir regionda, bir-biri ilə qonşuluqda yaşayan xalqlar arasında münasibətlər həmişə eyni olmamışdır. Hətta qədim dövdən etibarən Cənubi Qafqazın böyük dövlətlərindən biri olan Albaniya ilə Alan, Xəzər, Roma, Bizans imperiyaları, Ərəb Xilafəti və sonrakı dövrlərdə digər dövlətlər və xalqlar arasında müəyyən münasibətlər olmuşdur. Təhlil göstərir ki, tarix əsasən hadisələrin tarixi olmaqla bərabər şəxsiyyətlərin də rolundan ibarətdir. Bu baxımdan tarixdə şəxsiyyətlərin rolu bir qayda olaraq müsbət mənada qəbul olunur. Azərbaycan dövləti və xalqının şimal qonşusu Rusiya dövləti və rus xalqı ilə münasibətlərinə gəldikdə bunun birmənalı olmadığı haqqında fikir müxtəlifliyini də bilirik. Lakin hər dövrün öz hökmünün olmasını və dövləti idarə edən şəxslərin böyük nüfuza və imkana malik olmasını nəzərə alsaq, deyə bilərik ki, qarşılıqlı mehriban münasibətlərin də ömrü çox olmuş, bu iki xalq arasında müsbət ənənələr yaranmışdır. Hazırki dövrdə də Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin apardıqları daxili və xarici siyasətin, qonşuluq münasibətlərinin, yaradılmış münbit şəraitin bu iki dövlətin və xalqlarının müsbət münasibətlərinin davam etməsi və daha da istiləşməsinin şahidi oluruq. Bu prosesin daha müsbət məcrada inkişaf etməsinin bəşəri əhəmiyyətə malik olacağını düşünürük.

Keçmiş tarixə müraciət göstərir ki, azərbaycanlı və rus xalqları tarixən müxtəlif münasibətlərdə olmuş, bu keşməkeşli dünyada bu günə qədər bu münasibətləri qoruyub saxlamışdır. Bu iki xalq arasında davam edən müsbət münasibətlər tarixin müəyyən dövrlərində dövlət siyasətinə, dövətçilik mənafeyinə uyğun olaraq pozulsa da, yenidən müsbət münasibətlər formalaşmışdır. Bir-biri ilə iqtisadi-ticarət, mədəni əlaqələri quruyub saxlamaqla yaşayan bu xalqlar əl-ələ vermiş, çiyin-çiyinə dayanmış, dost kimi bir-birinə həyan olmuşlar. Elə dövrlər də olmuşdur ki, bəzi mənafelərə görə bu münasibətlər pozulmuş, qarşı-qarşıya duran düşmənə çevilmişlər. Bir çox xalqların tarixi taleyində olduğu kimi azərbaycanlı-rus xalqlarının da tarixində belə anlar zaman-zaman baş vermişdir. Doğrudur, buna əksər vaxtlada təbii şəraiti, iqtisadi və geostateji rolu əlverişli olan Azərbaycana, imperiya maraqları, hərbi-siyasi baxımdan və bir sıra başqa cəhətlərinə görə güclü olan Rusiyanın təcavüzləri səbəb olmuşdur. Lakin qarşılıqlı münasibətlərin olduğu dövrlər daha çox olmuş və fayda vermişdir. Çünki, burada hər iki xalqın verdiyi töhvələr müsbət münasibətlərin bərpa olunması və inkişafına zəmin yaratmışdır. Arada kənar qüvvələrin xəyanətkar rolu artdıqca bu münasibətləri qoruyub saxlamaq çətinləşmişdir. Bu proses XVIII əsrdən, Qarabağ alban-xristialarını erməni adı ilə təqdim edən İsrail Orinin Qafqazda Rusiyaya etibarlı ola biləcək bir xalq varsa, o da biz ermənilərik müraciətindən sonra başlanmışdır.

Erməni tarixşünaslığında Qafqazda, xüsusilə də Cənubi Qafqazda ərazilərin çoxunun nə vaxtsa "Ermənistanın ayrılmaz hissəsi'' olması ilə əlaqədar planlı və "məqsədəyönlü'' tədbirin əsasının (M.Çamçiyan, K.Şahnazaryan, İ.Emin, K.Patkanov və b.) qoyulmasından sonra bütün erməni ideoloqları – siyasətçiləri, tarixçiləri indiyə qədər həmin mövqedən çıxış edərək bugünkü anti-Azərbaycan, anti-Gürcüstan, ümumilikdə anti-Qafqaz və hətta anti-rus mövqeyi tutmuşdur. Öz ölkəsində heç bir millətin nümayəndəsini görmək istəməyən yekcins ermənilərin nələr etdiyini görməmək, bilməmək mümkün deyil. Bu gün də Qafqazda separatçı dövlət olan Ermənistan bu siyasətindən, sadə dillə desək, "aravurma'' fəaliyyətindən əl çəkmir. Bu münasibətlər onda qaydaya düşər ki, arada araqarışdıran, fəndgir olmaya.

Mötəbər bir deyim var: "Dünyanı sülh xilas edəcək!'' Ermənilər kimi sakini olan bir regionda – Qafqazda bu amala nail olmaq çətindir. Çünki, onlar buna hazır deyil, onlar başqa cür düşünür, öz bildikləri kimi yaşamağa üstünlük verirlər. Onların "başbilənləri – triada''ları belə göstəriş verir. Bu bəladan qurtarmağın isə indiki zamanda bir asan yolu odur ki, onların Qafqazdan qaçmasının qarşısı alınmasın. Onları məcburi köçürüb məskunlaşdıraraq istəmədikləri, sevmədikləri torpaqlarda zor gücünə saxladıqca xəyanətkarlığın artacağına şübhə edilməməlidir. Bütün var qüvvələri ilə torpağı da, havanı da, suyu da zəhərlədikləri görünmürmü?

Qasım Hacıyev,

AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, t.ü.e.d.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Bu adam Erdoğan'a düşman
10 oktyabr 2018 Habertürk

Bu adam Erdoğan'a düşman

Daniel Pipes aynı zamanda Erdoğan'a da, Türkiye'ye de düşmandır.

Davamı...
Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that...

Davamı...