THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Çətin vəziyyətə düşməsi Gürcüstanın deyil, Ermənistanın öz günahıdır

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
268
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 sentyabr 2018 – Newtimes.az

Gürcüstanın Baş nazirinin Ermənistana rəsmi səfəri ermənilərin arzusunu ürəyində qoydu. Bu görüş ermənilər tərəfindən çox səbirsizliklə gözlənilirdi. Görüşdə əsas məsələ sentyabrın 15-də Gürcüstanda qüvvəyə minəcək yeni qanuna dəyişikliklərin edilməsi idi. Baxmayaraq ki, Gürcüstanın Ermənistandakı səfiri bir neçə dəfə XİN-ə çağırılaraq ona xəbərdarlıq edilmiş, etiraz notası da verilmişdi.

Xatırladaq ki, gündəmdə Gürcüstan Prezidentinin sentyabrın 1-də imzaladığı yeni qərara əsasən Rusiyadan Ermənistana yük maşınlarının daşıdığı taxıl məhsullarının Gürcüstandan keçməsinə icazə verilməyəcəyi idi. Gürcüstan tərəfinin bu addımı ermənilər tərəfindən çox hiddətlə qarşılanmışdır. Qonşu ölkə bunu onunla əsaslandırır ki, həmin ağır tonnajlı yük maşınları Gürcüstanın magistral avtomobil yollarının tez sıradan çıxmasına səbəb olur.

Ermənistan paytaxtında iki ölkənin hökumət başçılarının baş tutan görüşündə, Gürcüstanın Baş naziri Mamuka Baxtadze fikrində qəti israr etdi. O, bir daha erməni həmkarı Nikol Paşınyanı məlumatlandırdı ki, "Gürcüstan bu qərarında heç bir dəyişikliklərə getməyəcək. İstənilən halda, tətbiq edilən qadağa sentyabrın 15-dən qüvvəyə minəcək''. Gürcüstanın Baş naziri onu da bildirdi ki, alternativ variant kimi Ermənistan tərəfi bu işi Poti dəniz limanının imkanlarından istifadə etməklə həyata keçirə bilər.

Çıxılmaz vəziyyətdə qalan Ermənistan, Gürcüstanın Baş naziri M.Baxtadzenin fikirləri ilə razılaşmalıdır. Əks təqdirdə, günü-gündən aclıq və səfalət içində boğulan Ermənistan ən ağır ərzaq fəlakəti olan çörək qıtlığı ilə üz-üzə qala bilər.

Ermənistanın iqtisadçı ekspertləri bildirirlər ki, belə olan halda ölkədə taxıl məhsullarında, xüsusilə də çörəyin qiymətində 30-35% bahalaşma qaçılmazdır.

Aydın Eyvazov,

AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşı

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that were supposed to be won quickly and cheaply but turned out to be the most expensive and inconclusive of quagmires.

Davamı...
Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on...

Davamı...