THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edildi

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3035
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 iyun 2018 – Newtimes.az

Azərbaycan Ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin may ayında Şərur rayonu istiqamətində mövqelərini bir neçə kilometr irəli çəkərək yeni strateji mövqelər tutması, nəticədə 1992-ci ildən bəri düşmən nəzarətində olan Günnüt kəndinin faktiki işğaldan azad edilməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

''Nuhçıxan'' İnformasiya Agentliyi Azərbaycan Ordusunun əvvəlcə "Xunut'' dağı və "Ağbulaq'' yüksəkliyini, daha sonra isə strateji əhəmiyyətli "Qızılqaya'' yüksəkliyini və "Mehridağ''ı tutduğunu bildirir. Nəticədə 1992-ci ilin mayından Ermənistan ordusunun həmin yüksəklikləri tutması nəticəsində düşmənin faktiki işğalı altına keçən Günnüt kəndi tamamilə Azərbaycan Ordusunun nəzarətindədir. Habelə Günnüt kəndi ilə birlikdə 11 min hektara yaxın ərazi Ordumuzun nəzarəti altına keçib. Eyni zamanda, Azərbaycan Ordusu "Qızılqaya'' yüksəkliyindən qədim Azərbaycan torpaqları olan Dərələyəz mahalının Arpa kəndini (ermənilər kəndin adını "Areni'' olaraq dəyişdirib) və İrəvan-Gorus-Laçın yolunu nəzarətdə saxlaya bilir. Bunlar rəsmi məlumatlardır və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun mətbuat xidməti tərəfindən Agentliyə verilib.

Agentlik bildirir ki, ərazinin etibarlı müdafiəsi və təminatı məqsədi ilə Ordumuzun tutduğu yeni mövqelərə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

1992-ci ildən bəri Şərurun Mahmudkənd kəndində məskunlaşmış Günnüt kənd sakinləri ötən gün 26 illik fasilədən sonra ilk dəfə doğma kəndlərinə qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Naxçıvan televiziyası sakinlərin Günnüt kəndinə qayıtması barədə reportaj da yayımlayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on...

Davamı...
ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...