THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ATƏT DTİHB qərəzli mövqe tutaraq seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıb

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2220
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 aprel 2018 – Newtimes.az

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2018-ci ilin aprel ayının 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının birgə müşahidə missiyası tərəfindən hazırlanmış ilkin hesabat mətnini qərəzli və qeyri-obyektiv hesab edərək Azərbaycan Respublikasına və Azərbaycan vətəndaşlarının azad seçiminə qarşı yönəldilmiş bu növbəti qarayaxma kampaniyasına dərhal son qoymağa çağırır.

Xüsusilə diqqətinizə çatdırmaq istərdik ki, seçki kampaniyası dövründə qeydə alınmış səkkiz namizədin hər birinə hüquq bərabərliyi çərçivəsində bütün imkanlar verilmiş, vaxtilə həm ATƏT Parlament Assambleyasının və həm də Avropa Şurası Parlament Assambleyasının yüksək dəyər verdikləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müəyyən etdiyi qaydalara uyğun olaraq seçicilərlə azad şəkildə fikir və görüşlərini ifadə etmələri üçün əlverişli platforma yaradılmışdır. Bundan başqa, seçkilərdə iştirakdan imtina edən bütün siyasi təşkilatların da demokratik hüquqlarına, o cümlədən sərbəst toplaşma azadlığı hüququna geniş təminat verilmişdir. Belə ki, həmin siyasi qüvvələr heç bir maneə və təzyiqlə üzləşmədən iki dəfə mitinq keçirmiş, öz tələblərini azad şəkildə ifadə etmişlər.

Azərbaycanda prezident seçkiləri bir sıra beynəlxalq təşkilatların, bütövlükdə 60000-dən çox yerli və beynəlxalq müşahidəçinin diqqət mərkəzində olmuşdur. Eyni zamanda, seçki məntəqələrində quraşdırılmış yüzlərlə veb-kamera vasitəsilə seçki prosesini birbaşa izləmək üçün geniş imkanlar da yaradılmışdır. Məhz həmin çoxsaylı müşahidəçilər prezident seçkilərinin ədalətli, şəffaf və tamamilə demokratik prinsiplər əsasında keçirildiyini bildirdikləri halda, yuxarıda adları çəkilən Avropa qurumlarının müşahidə missiyası tamamilə fərqli, açıq şəkildə qərəzli mövqe tutaraq seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışmışdır.

Nəticədə qondarma ''tərəfsiz müşahidəçilər''dən obyektiv və məntiqi cavab tələb edən suallar ortaya çıxmaqdadır. Görəsən, ATƏT-in ''Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu'' qurumu hansı səbəbləri əsas gətirərək seçkilərdə müşahidəçi missiyasını yalnız Şərqi Avropa və postsovet məkanında yerləşən ölkələrlə məhdudlaşdırmışdır? Hansı bəhanələrə görə Qərb dövlətləri bu fəaliyyətdən kənarda qalmışdır? Nə üçün Azərbaycanda keçirilmiş prezident seçkilərinə məqsədli şəkildə qərəzli yanaşan ''demokratiya carçıları'' – ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyası və DTİHB Fransada prezident seçkiləri zamanı Sarkozinin seçki kompaniyasının Liviya rəhbəri M.Qəzzafi tərəfindən maliyyələşdirilməsinə dair ittihamlara, ABŞ-də son prezident seçkilərinə xarici müdaxilə amilinə indiyədək özünün münasibətini bildirməmişlər?

Bu sualların cavabları isə seçkilərdən öncə aydın idi. Dünyada cərəyan edən qlobal və təhlükəli siyasi oyunların alətinə, geosiyasi maraqların təminatçısına çevrilməklə sürətlə nüfuzdan düşən bu təsisatların hədəfləri gənc dövlətlərin müstəqil daxili və xarici siyasət yürütməsi və xalqların suveren hüquqlarıdır. Onların Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunlarına dair qabaqcadan tərtib etdikləri ''ilkin hesabat''ın ədalətsiz və qeyri-obyektiv olması, real mənzərənin bilərəkdən təhrif edilməsi də həmin qərəzli niyyətlərin göstəricisidir. Dövlətlərin və xalqların müstəsna hüquqlarına ikili standartlar və ''bizimlə olmayan bizim rəqibimizdir'' prinsipindən yanaşmanın növbəti hədəfi isə Azərbaycan Respublikası vətəndaşlarının azad seçimi, onların öz gələcək talelərini və dövlətimizin inkişaf yolunu sərbəst və kənar müdaxilə olmadan müəyyən etmələridir.

Bir daha vurğulayırıq ki, 2018-ci ilin aprel ayının 11-də Azərbaycan Respublikasında keçirilmiş prezident seçkiləri dövlətimizin və xalqımızın demokratik inkişafı və tərəqqisi yolunda mühüm və tarixi mərhələ olmuşdur. Azərbaycan xalqı bir daha demokratiya və şəffaflıq şəraitində öz tarixi seçimini etmişdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...