THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezidentin köməkçisi ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidəçilərini tənqid edib

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4351
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 aprel 2018 – Newtimes.az

"Beynəlxalq" Seçki Müşahidə Missiyasının prezident seçkiləri ilə bağlı bəyanatı ilə tanış oldum. Avropada bəzi qurumların tərəfdaşları ilə əməkdaşlığı hansı cür başa düşdüyünü yaxşı bildiyim üçün bəyanatın məhz indiki variantda verilməsi məni təəccübləndirmədi".

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün "facebook" səhifəsində yazıb.

"Hər şeydən əvvəl bu qədər şişirtmək heç düzgün deyil, bu necə beynəlxalq müşahidə missiyası oldu? Birincisi, Seçki Müşahidə Missiyasının (nə üçün özünü beynəlxalq adlandırır, başa düşmək olmur) özünün tərkibindəkilərin böyük hissəsi seçki haqqında müsbət fikirdədir. Bəs demokratiya harada qaldı? İkincisi, seçkini müşahidə edənlərdən – Müşahidə Missiyasından dəfələrlə çoxsaylı və nüfuzuna görə heç də aşağı olmayan digər missiyaları saymamaq (başqa tərəfləri saymamaq bu qurumlarda artıq pis vərdişə çevrilib) və əvvəlcədən hazırlanmış materialı ilkin nəticələr haqqında bəyanat kimi yaymaq (bu da köhnə qaydadır) tərəfdaş ölkənin seçicilərinə və xalqına, onların iradəsinə və seçiminə hörmətsizlikdir. Əgər Müşahidə Missiyasının bu nümayəndələri hesab edirlərsə ki, bu mövqe milyonlarla seçici tərəfindən qəbul edilər, onlar tam yanılırlar. Belə qərəzli, həqiqətdən uzaq qərar qəbul etməzdən əvvəl, bir az da olsa, düşünmək yaxşı olardı", – deyə o bildirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...