THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

AFR-in yeni hökumətini almanların üçdə bir hissəsindən azı dəstəkləyir

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
29
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 aprel 2018 – Newtimes.az

Bu ilin mart ayında yaradılmış və Angela Merkelin başçılıq etdiyi dördüncü AFR hökuməti gərgin şəraitdə işə başlayıb.

AZƏRTAC xəbər verir ki, ARD telekanalının və "Die Welt'' nəşrinin sifarişi ilə aparılmış sorğunun bu gün dərc edilmiş nəticələri göstərir ki, Almaniya sakinlərinin cəmi 32 faizi bu hökumətin fəaliyyətini bəyənir, almanların 64 faizi isə yeni hökumətdən narazıdır və ya "çox ehtimal ki, narazıdır''.

2017-ci ilin sentyabr ayında Almaniya sakinlərinin 51 faizi hökumətə müsbət münasibət bildirirdi, yəni son yarım il ərzində bu göstərici 19 faiz azalıb. Bununla belə, Angela Merkel öz nazirlər kabinetində ən populyar simadır. Rəyi soruşulanların 57 faizi onu yaxşı kansler hesab edir. Bu, 2017-ci ilin sentyabrındakı göstəricidən 18 faiz azdır. Populyarlığa görə ikinci yeri iqtisadiyyat naziri Peter Altmayer tutur. Almaniya sakinlərinin 55 faizinin fikrincə, Altmayer İqtisadiyyat Nazirliyinin yaxşı rəhbəridir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...