THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-la Türkiyə arasında viza böhranının həlli ilə bağlı şərtlər açıqlanıb

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
284
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 oktyabr 2017 – Newtimes.az

ABŞ-la Türkiyə arasında viza böhranının həlli ilə bağlı irəli sürülən şərtlər açıqlanıb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, həmin şərtlər belədir: ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzla bağlı təmasın saxlanılması davam etməli, Metin Topuz və Mete C. ilə bağlı dəlil-sübutlar təqdim edilməli, ABŞ-ın diplomatik təmsilçiliklərində işləyənlər haqqında istintaqa dair məlumat Vaşinqtona verilməli, təmasların ABŞ-ın istəyi ilə olub-olmadığı öyrənilməlidir.

Türkiyə tərəfi ABŞ-ın şərtlərinə cavab olaraq bildirib: "Ön şərtləri qəbul etmirik. ABŞ-la danışıqlara ön şərtsiz başlayıb".

Qeyd edək ki, oktyabrın 18-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə Türkiyə təmsilçiləri arasında viza böhranı müzakirə ediləcək.

Oktyabrın 16-da ABŞ Dövlət Departamenti müşavirinin müavini Conatan Kohenin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə ikigünlük səfərə gəlib.

Amerikalı diplomatların Türkiyə rəsmiləri ilə Vaşinqtonla Ankara arasında yaranan viza böhranını müzakirə edəcəyi gözlənilir. Hazırkı böhranın həlli üçün iki ölkənin təmsilçilərindən ibarət komissiyanın yaradılması təklif olunub.

Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz Fətullahçı Terror Təşkilatı ilə təmaslarda şübhəli bilinərək tutulmuşdu. O, saxlanılandan sonra Vaşinqton Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmışdı. Buna cavab olaraq rəsmi Ankara da ABŞ vətəndaşlarına viza verilməsini tam məhdudlaşdırmışdı.

İki ölkə arasında diplomatik böhrana səbəb olan M.Topuz, həyat yoldaşı və qızı ötən gün azadlığa buraxılıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...