THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İspaniya-Kataloniya: ultimatumun vaxtının bitməsinə bir gün qalıb

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
260
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 oktyabr 2017 – Newtimes.az

İspaniya hökuməti Kataloniya liderindən muxtariyyətin müstəqilliyinin elan edilib-edilməməsi barədə izahat gözləyir.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, İspaniyanın Baş naziri Mariano Rahoy bu gün yenidən Kataloniya liderlərini məsələyə aydınlıq gətirməyə çağırıb.

''Siz Kataloniyanın müstəqilliyini elan etmişiniz, ya yox? Bu suala cavab vermək axı çox asandır. Əgər müstəqilliyi elan etmisinizsə, hökumət Konstitusiyaya uyğun davranmağa və müvafiq şəkildə hərəkət etmək məcburiyyətində qalacaq. Əgər bunu etməmisinizsə, onda öz fəaliyyətlərimizi parlamentdə müzakirə edərik'', – deyə Rahoy bildirib.

Müstəqilliyin elan olunacağı təqdirdə Madrid Kataloniyaya növbədənkənar regional seçkilər keçirməyi təklif etməyə hazır idi. ''Kardene ser'' radiosunun hökumətdəki mənbəyə istinadla yaydığı xəbərə görə, o zaman muxtar vilayəti Madridin birbaşa idarəsi altına almağa imkan verən Konstitusiyanın 155-ci maddəsi işə salınmaya da bilərdi.

Rahoyun müstəqillik məsələsinə aydınlıq gətirməsi üçün Kataloniya hökumətinə verdiyi ultimatumun vaxtı oktyabrın 19-da səhər saat 10:00-da bitir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...