THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyə səfiri İran XİN-ə çağırıldı: "Səbrimiz daşa bilər"

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
688
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 fevral 2017 – Newtimes.az

Türkiyənin Tehrandakı səfiri Rıza Hakan Tekin İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, diplomata Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəhreynə səfəri zamanı və xarici işlər naziri Mövlud Çavuşoğlunun Münxendə təhlükəsizlik konfransında İran hakimiyyəti haqqında söylədiyi fikirlərə etiraz bildirilib.

Ötən gün isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasimi Türkiyə rəsmilərinin fikirlərinə münasibət bildirərkən deyib: "Türkiyə məsələsində səbrli davranırıq. Ancaq səbrimizin də sərhədi var. Türk dostlarımız bu ifadələri təkrarlasa, biz də susmayıb, qarşılıq verəcəyik".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəhreynə səfəri zamanı İran hakimiyyətini İraq və Suriyada fars milliyyətçiliyi siyasəti yürütdüyünü bildirmişdi.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə konfransdakı çıxışında bəyan etmişdi ki, İran Suriya və İraqda müsəlmanlar arasında bölücülük yaradır: "İranı bölgədə sabitliyi və təhlükəsizliyi təhdid etməyi dayandırmağa çağırırıq".

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...
Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...