THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezident İlham Əliyev: "Azərbaycan hazırda regionda ən böyük hərbi potensialı olan ölkədir"

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1360
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 sentyabr 2016 – Newtimes.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "ADEX-2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisinin iştirakçılarına məktub ünvanlayıb.

Newtimes.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli sərgi iştirakçıları!

Sizi "ADEX-2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisinin açılışı münasibətilə ölkəmizin paytaxtı Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Qloballaşma prosesinin geniş vüsət aldığı daim dəyişən dünyamızda dövlətlər intensiv şəkildə təhlükəsizlik çağırışları ilə üzləşirlər. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında hərbi-texniki əməkdaşlıq, müasir texnologiyaların və təhlükəsizlik vasitələrinin mübadiləsi məsələlərinin aktuallığı durmadan artmaqdadır.

Ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş xarici təcavüz və terrorizmin nəticəsi olaraq, Azərbaycan dövləti təhlükəsizlik sisteminin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. Qəbul edilmiş Hərbi Doktrina beynəlxalq müstəvidə ümumbəşəri prinsip və normaları rəhbər tutan Azərbaycanın həm müdafiə potensialını, həm də dost və tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirmişdir. Azərbaycan hazırda regionda ən böyük hərbi potensialı olan ölkədir. Bölgədə ilk mötəbər beynəlxalq müdafiə sərgisi də məhz Bakı şəhərində keçirilmişdir.

İnanıram ki, iştirakçısı olduğunuz sərgi hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu məkan kimi müasir təhlükəsizlik çağırışlarına cavab verən yeni yanaşmalara, xüsusilə müdafiə sənayesi sahəsində mühüm təşəbbüslərə yol açacaq və yeni imkanlar üzə çıxaracaqdır. Hər birinizə gələcək işlərinizdə uğurlar, ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram".

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...