THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Almaniya Türkiyənin "İncirlik" bazasını tərk etməyi planlaşdırır

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1505
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 avqust 2016 – Newtimes.az

Almaniya Silahlı Qüvvələri Türkiyənin "İncirlik" aviabazasındakı təyyarə və hərbçilərini çıxarmağa hazırlaşır.

SalamNews-un verdiyi xəbərə görə, bu barədə "Der Spiegel" məlumat əldə edib.

Belə bir qərar Ankaranın Almaniya hökumətinə bazanı təftiş etməsinə razılıq verməməsi ilə əsaslandırılır.

Bundesver ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumlarını dəstəkləyən hərbi təyyarələrinin "İncirlik" aviabazasından İordaniya və ya Kiprə köçürülməsi imkanını nəzərdən keçirir.

Adları açıqlanmayan hərbi mənbələrin məlumatına əsasən, aviasiyanın belə yerdəyişməsi ən azı iki ay müddətində Almaniya təyyarələrinin kəşfiyyat uçuşlarında fasilə yaranmasına yol açacaq. Almaniya Müdafiə Nazirliyi isə bu plan barədə heç bir təfərrüat təqdim edilməyib.

"Biz missiyaya Türkiyədən davam etmək istərdik, lakin "İncirlik" bazasına alternativlər də var", – deyə Nazirliyin mətbuat xidmətindən "Der Spiegel"ə bildirilib.

Xatırladaq ki, cari ilin iyununda Türkiyə Bundestaq tərəfindən "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbulundan sonra Almaniyadakı səfirini geri çağırıb. Türkiyə baş naziri Binəli Yıldırım Bundestaqın qərarını "rasist erməni lobbisi"nin fitnəsi adlandırıb.

NATO tərkibindəki iki müttəfiq dövlət arasındakı gərginlik Türkiyədə iyulun 15-də baş verən çevriliş cəhdindən sonra güclənib. Belə ki, Ankara Almaniyanın çevriliş cəhdinə səthi yanaşmasına görə hiddətlənib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...