THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezident İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamika gözləyir"

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
635
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 iyul 2016 – Newtimes.az

"Biz Rusiya tərəfinin, şəxsən prezidentin Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini yüksək qiymətləndiririk". Newtimes.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham ƏliyevRusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.

Rusiya xarici işlər nazirini salamlayan Prezident İlham Əliyev deyib: "Xoş gəlmisiniz, hörmətli Sergey Viktoroviç. Sizi yenidən Bakıda görməyimə çox şadam. Biz bu yaxınlarda Peterburqda görüşmüşdük. Buna qədər də görüşmüşdük. Mən keçmiş cədvələ baxdım, biz hər ay görüşmüşük: apreldə Bakıda, mayda Vyanada, keçən ay Sankt-Peterburqda, sonra yenidən Bakıda. Bu, bizim münasibətlərimizin necə inkişaf etdiyinin yaxşı göstəricisidir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın necə səmərəli rol oynadığının göstəricisidir.

Mən həm sizə, həm də Rusiya Prezidentinə Sankt-Peterburqda görüşün keçirilməsi təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Biz bu görüşü çox səmərəli və müsbət görüş kimi qiymətləndiririk. Əlbəttə ki, son 3-4 ayda danışıqlar prosesində nəzərəçarpan müsbət dinamikanın davam edəcəyinə ümid bəsləyirik. Hesab edirəm ki, danışıqların bu dövrü ən dinamikdir və ümidvaram, həm də ən səmərəli olacaq. Sizin bu gün Bakıya, bundan əvvəl isə Yerevana səfəriniz bir daha sübut edir ki, Rusiya hər iki ölkənin dostu, qonşusu kimi münaqişənin nizamlanmasında maraqlıdır. Təbii ki, biz də maraqlıyıq, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün münaqişənin tezliklə həllini istəyirik.

Həmçinin, əlbəttə ki, sizin səfəriniz ikitərəfli münasibətlərin gündəliyini müzakirə etmək üçün yaxşı imkandır. Keçən ay biz bu məsələləri Rusiya Prezidenti ilə müzakirə etmişdik. Elə bir mövzu tapmadıq ki, ani müdaxilə tələb etsin. Bizim əsas vəzifəmiz bütün istiqamətlər üzrə – həm siyasi, həm iqtisadi, nəqliyyat, energetika, humanitar əməkdaşlıq sahələrində münasibətləri möhkəmləndirməkdir. Biz dost və tərəfdaş kimi inamla irəliləyirik. Əminəm ki, sizin səfəriniz uğurlu olacaq və ölkələrimizin daha da yaxınlaşmasına təkan verəcək. Bir daha xoş gəlmisiniz".

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...