THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

NATO cənub-şərq sərhədlərini möhkəmləndirir

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
585
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 iyul 2016 – Newtimes.az

NATO Rumıniya komandanlığı altında bu ölkədə çoxmillətli briqadanın yerləşdirilməsini təsdiq edib. "Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq NATO-nun Varşavada keçirilən sammitinin ilk gününün yekunlarına həsr olunan mətbuat konfransında bildirib. Baş katib əlavə edib ki, NATO qüvvələri Alyansın cənub-şərq cinahında hərbi mövcudluğunu möhkəmləndirmək məqsədilə rumın generalların komandanlığı altında çoxmillətli briqadanın mövcudluğu barədə razılığa gəliblər.

İlkin mərhələdə briqada Rumıniya və Bolqarıstan silahlı qüvvələrindən təşkil etdiyi NATO-nun Varşavadakı sammitinin ilk günü, həmçinin bir sıra tarixi qərarların qəbul edilməsilə yadda qalıb. Belə ki, qurumun baş katibi Y.Stoltenberq vurğulayıb ki, Alyansa üzv dövlətlərin liderləri NATO-nun Avropadakı RƏM (Raket Əleyhinə Müdafiə) sistemlərinin ilkin əməliyyat hazırlığı vəziyyətinə gətirilməsinin elan edilməsi barədə razılığa gəliblər: "Bu o deməkdir ki, ABŞ-ın İspaniyadakı HDQ (Hərbi Dəniz Qüvvələri) gəmiləri, Türkiyədəki radarlar, eləcə də Rumıniyadakı RƏM sistemi artıq NATO komandanlığının nəzarəti altında fəaliyyət göstərə biləcək".

Sammitdə, həmçinin Alyansın şərq sərhədlərinin möhkəmləndirilməsi və bu məqsədlə NATO-ya üzv dövlətlərin rəhbərləri tərəfindən Baltikyanı ölkələr və Polşada çoxmillətli 4 briqadanın yaradılmasına da qərar verilib. Litva ərazisində Almaniya, Estoniyada Böyük Britaniya, Latviyada Almaniya, Polşada isə ABŞ hərbiçiləri yerləşdiriləcək. Çoxmillətli briqada artıq 2017-ci ildən sözügedən ölkələrdə rotasiya əsasında xidmətə başlayacaq.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...