THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

NATO-nun sammitində 18 prezident və 21 baş nazir iştirak edəcək

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3671
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 iyul 2016 – Newtimes.az

NATO-nun iyulun 8-9 da Varşavada keçiriləcək sammitində 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sammitdə iştirak etmək üçün NATO-nun 28 üzv və 26 tərəfdaş ölkəsindən 2103 nəfər və 65 nümayəndə heyəti, həmçinin BMT, Avropa İttifaqı, Beynəlxalq Bank və NATO-nun mənzil qərargahının nümayəndələri qeydiyyatdan keçib. Onlar Varşavanın milli stadiondakı futbol meydanında quraşdırılan çadırda toplaşacaq.

İyulun 7-də Polşa Prezidenti Anjey Duda Baş katib Yens Stoltenberqin başçılıq etdiyi NATO nümayəndələri ilə görüşəcək. Növbəti gün onlar "NATO sülhün müdafiəsində: 2016-cı il və sonra'' beynəlxalq ekspert konfransının açılışında iştirak edəcəklər. Elə həmin gün keçiriləcək dövlət və hökumət başçılarının ilk görüşündə NATO-nun şərq cinahının möhkəmlənməsinə dair qərarların qəbul ediləcəyi gözlənilir.

Sammitin ikinci günü Əfqanıstanla bağlı müzakirələr başlayacaq. Daha sonra Avropa İttifaqı ilə əməkdaşlığa həsr olunan sessiyada Avropa Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının başçısı Jan-Klod Yunker iştirak edəcəklər. Həmin gün yerli vaxtla saat 15:00-da isə Ukraynaya dair iclas start götürəcək.

Tədbiri 2 min jurnalist işıqlandıracaq, təhlükəsizliyin təmin olunmasına 6 min polis əməkdaşı cəlb ediləcək.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...