THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İranlı general: "Bəhreyndə xalqın silahlı müqavimət göstərməkdən başqa yolu qalmayıb"

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
912
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 iyun 2016 – Newtimes.az

"Şeyx İsa Qasimə qarşı təzyiqlər Bəhreyn hakimiyyətinin "qırmızı xətti" keçməsidir və xalqın silahlı müqavimət göstərməsi üçün şərait yaratmaqdır".

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki "Qüds" qolunun komandiri, Suriya və İraqdakı İran hərbçilərinin komandanı, general Qasım Süleymani Bəhreyndəki şiələrin lideri sayılan Şeyx İsa Qasimin ölkə vətəndaşlığından çıxarılmasına münasibət bildirərkən deyib.

İranlı general Bəhreyn hakimiyyətini hədələyib: "Bəhreyn kralı qəti olaraq bilməlidir ki, Şeyx İsa Qasimiyə toxunmaq "qırmızı xətt"dir. Krallığın bu xətti keçməsi isə bütövlükdə bölgənin alovlandırılmasıdır. Belə bir şəraitdə xalqın silahlı müqavimət etməkdən başqa yolu qalmayacaq".

Xatırladaq ki, iyunun 20-də Bəhreyn hakimiyyəti Şeyx İsa Qasimin ölkə vətəndaşlığından çıxarılması haqda qərar qəbul edib.

"Qasim məzhəbçilik və iğtişaşla bağlı təbliğat apararaq, xarici qüvvələrin maraqlarının təmin edilməsi istiqamətində fəaliyyət göstərir, Bəhreynin düşmənləri ilə davamlı olaraq, əlaqə saxlayırdı", – deyə krallığın Daxili İşlər Nazirliyi İsa Qasimin vətəndaşlıqdan çıxarılması ilə bağlı yaydığı bəyanatda vurğulayıb.

Qeyd edək ki, Şeyx İsa Qasim Bəhreynin Zeraz kəndində dünyaya gəlib. Uşaq yaşlarında ölkəsində oxuyub. İlk dini təhsilini öz dövrünün tanınan şiə alimlərindən biri Şeyx Əbdülhüseyn Hillidən alıb. Bundan sonra İraqın Nəcəf şəhərində şiələrin o vaxtkı aparıcı müctəhidlərindən biri sayılan ayətullah-üzma Məhəmməd Baqir Sədrin tələbəsi olub. İsa Qasim 2001-ci ilədək İranın Qum dini-ideoloji mərkəzində təhsil və təlimini davam etdirdikdən sonra Bəhreynə qayıdıb. İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi isə İsa Qasimini "şiələrin parlayan ulduzu" adlandırıb.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...