THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ senatı silah satışına nəzarət barədə qanun layihəsini qəbul etməyib

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
468
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 iyun 2016 – Newtimes.az

ABŞ senatı silah satışına nəzarət barədə səsverməyə çıxarılan 4 qanun layihəsinin heç birini qəbul etməyib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, demokrat-senatorların səsverməyə çıxardığı layihə silah almaq istəyən hər kəsin şəxsiyyətinin mütləq şəkildə yoxlanılmasını nəzərdə tutur. Səsvermənin gedişində respublikaçılar demokratların layihəsini həddən artıq sərt adlandıraraq rədd edib, demokratlar isə öz növbələrində respublikaçıların layihəsini yetərincə effektiv saymayıb. Senatorlar qrupu həftənin sonunadək kompromisli qanun layihəsi hazırlamağa ümid edir.

Son sosioloji sorğunun nəticəsinə görə, ölkədə silah satışına nəzarətin tətbiq edilməsini istəyən amerikalıların sayı 71 faizə çatıb.

Xatırladaq ki, zorakılığa meylli insanlara silah satışının məhdudlaşdırılmasına dair qanunun qəbul edilməsinin vacibliyi barədə mübahisələr bu yaxınlarda Floridanın Orlando şəhərində yerləşən gecə klubunda insanların kütləvi şəkildə güllələnməsi ilə nəticələnən faciəvi hadisədən sonra yenidən qızışıb.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...