
Bakı, 18 iyun 2016 – Newtimes.az
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti prezident Barak Obamanı Suriya prezidenti Bəşər Əsədə qarşı fəal hərbi əməliyyatlara çağırıb.
ATV.az bildirir ki, qurumun 50 əməkdaşının imzaladığı sənəddə prezidentdən tələb olunur ki, o, Suriya ordusunun bombalanması əmrini versin. Onlar düşünür ki, yalnız bundan sonra İŞİD terror qruplaşmasına qarşı effektli mübarizə aparmaq mümkündür. Departamentin sözçüsü Con Kirbi məlumatı şərh etməkdən imtina etsə də, onu təkzib də etməyib. Amerika mətbuatı isə yazır ki, Obamanın Əsəd qüvvələrini bombalamaq əmrini verməsi inandırıcı deyil. Çünki, bu addım Birləşmiş Ştatların Suriya siyasətində radikal dəyişiklik demək olar.
Newtimes.az
Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.
Davamı...