THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiya XİN Azərbaycan və Ermənistanla münasibətlərin nüanslarını açıqlayıb

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
926
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 may 2016 – Newtimes.az

"Rusiya Ermənistanın müttəfiqidir. Azərbaycanla münasibətimiz isə belə deyil, strateji tərəfdaş xarakterlidir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə Dördüncü Departamentinin direktoru Aleksey Pavlovski Moskvada erməni jurnalistlərlə görüşündə deyib.

"Hər iki sözün mənası aydındır. Tərəfdaşlıq o deməkdir ki, biz qarşılıqlı şəkildə əməkdaşlıq edirik. Strateji tərəfdaşlıq isə qarşılıqlı əməkdaşlığın uzunmüddətli olduğu deməkdir. Rusiya-Azərbaycan münasibətlərinin əsasında coğrafi yaxınlıq, iqtisadi əlaqələr, Rusiyadakı böyük Azərbaycan diasporu kimi obyektiv amillər durur. Biz bu münasibətləri strateji tərəfdaşlıq adlandırırıq. Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiyanın müttəfiqi deyil. Biz Ermənistanla hərbi-siyasi müttəfiqik. Bizim hərbi sahə də daxil olmaqla bir sıra qarşılıqlı yardım üzrə müqavilələrimiz var. Məhz, bu fərqə görə, Rusiyanın Ermənistana və Azərbaycana münasibəti eyni səviyyədə deyil. Bunun əksini demək tamamilə səhvdir", – deyə o, vurğulayıb.

Xatırladaq ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozin bir müddət əvvəl deyib: "Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır". Onun bu açıqlaması Ermənistanda hay-küyə səbəb olmuşdu. Erməni ictimai xadimləri hətta Azərbaycanla bu münasibətə görə, Rusiyanı "satqın" da adlandırmışdılar.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...