
Bakı, 20 may 2016 – Newtimes.az
Avropa İttifaqı (Aİ) viza rejiminin ləğv edilməsi haqqında qərarın qəbul edilməsi prosesində Ukraynanı digər üçüncü ölkələr arasında ayrıca fərqləndirməyib.
AZƏRTAC bildirir ki, bu barədə Ukrinformun xüsusi müxbirinə Brüsseldə Aİ-nin rəhbər təsisatının rəsmi nümayəndəsi məlumat verib.
Aİ-nin rəsmi nümayəndəsi deyib: "Başqa vaxta keçirmək? Biz heç vaxt konkret tarix deməmişik. Ukrayna üçün viza rejiminin ləğv edilməsi haqqında məsələ Avropa İttifaqı Şurasının iyunun 10-da keçiriləcək növbəti iclasında müzakirə olunacaq. Biz bu məsələni Avropa Parlamenti ilə də müzakirə etməliyik''.
O vurğulayıb ki, Avropa İttifaqı vizaların liberallaşdırılması prosesi ilə əlaqədar Ukraynanı üçüncü ölkələr arasında ayrıca fərqləndirmir: ''Əslində, Avropa İttifaqı Şurası bu gün üçüncü ölkələr üçün vizasız rejimin mümkün dayandırılması mexanizminə dəyişiklikləri nəzərdən keçirəcək və bunun üçün əsas olarsa, həmin dəyişiklikləri qəbul edəcək. Amma bu, Ukraynaya görə deyil, Aİ-nin viza siyasətinin ümumi kontekstində baş verəcək''.
Newtimes.az
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...