THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın keçmiş baş naziri: "Bizdə atom silahı var"

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3203
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 aprel 2016 – Newtimes.az

"Ermənistanın atom silahı var". Bu sözləri düşmən ölkənin keçmiş baş naziri, deputat Hrant Baqratyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Erməni KİV-lərinin xəbərlərinə görə, jurnalistlər Baqratyandan bir neçə gün əvvəl işlətdiyi fikirlərə aydınlıq gətirilməsini istəyiblər. Baqratyan demişdi ki, ancaq nüvə silahı ilə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təminat altına almaq mümkündür.

Lakin Baqratyan deyib ki, bu barədə nəsə əlavə izahat vermək niyyətində deyil. "Bizim atom silahı əldə etmək imkanımız var" – o deyib. Ardınca Baqratyan bildirib: "Bizim atom silahımız var".

Xatırladaq ki, bu günlərdə Ermənistan vətəndaşlarının uran qaçaqmalçılğı ilə məşğul olmasına dair iki fakt aşkarlanıb. Erməni general Arkadi Ter-Tadevosyan da bundan əvvəl Azərbaycanı "çirkli bomba" ilə hədələmişdi. Lakin istisna deyil ki, bütün bunlar Azərbaycan Ordusunun endirdiyi zərbələrdən sonra erməni cəmiyyətində yaranmış xofu aradan qaldırmağa hesablanmış blefdir.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...