THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-da ilkin seçkilər: son "super çərşənbə axşamı"

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
628
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 aprel 2016 – Newtimes.az

ABŞ-da keçirilən son "super çərşənbə axşamı” sürprizsiz ötüşüb. Respublikaçıların lideri Donald Tramp praymerizin (ilkin seçkinin) keçirildiyi 5 ştatın hamısında inamlı qələbə qazanıb.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, milyarder tam əminliklə özünü iyul konventinin qalibi adlandırıb və bu ərəfədə ona qarşı birləşən rəqiblərini silahı yerə qoymağa çağırıb:

– Mən özümü yeganə namizəd hesab edirəm, bu, artıq tam aydındır. Düzünü desəm, senator Kruz və qubernator Keysik artıq oyundan çıxmalıdır.

Demokratların düşərgəsində isə Hillari Klinton 5 ştatdan 4-də qalib gəlib. O, hələ də əsas rəqibi – senator Berni Sandersə səs verən insanları öz tərəfinə keçməyə çağırıb.

Sanders öz növbəsində, proqnozların əksinə olaraq, Rod-Aylenddə qələbə qazanıb. O, Hillari Klintondan xeyli geridə qalmasına baxmayaraq, mübarizəni davam edəcəyini bildirib.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...