THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"ABŞ Suriyada atəşkəsin monitorinqinə dair yeni sistemi Rusiya ilə razılaşdırmaq istəyir"

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
621
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 aprel 2016 – Newtimes.az

ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, ABŞ yaxın günlərdə Rusiya ilə Suriyada atəşkəs rejiminin icrasının 24 saatlıq monitorinqinə dair yeni sistemi razılaşdırmaq niyyətindədir.

APA-nın məlumatına görə, Con Kerri bunu ''New York Times'' nəşrinə müsahibəsində bildirib.

"Biz hətta pozulmaz bir xətt çəkməyi təklif etdik və dedik: ''Nə siz onu pozursunuz, nə də ki biz onu pozacağıq – belə olan halda oyun təmiz olacaq'', – deyə Kerri bildirərək, Rusiya tərəfinin hazırda bu təklifi nəzərdən keçirdiyini qeyd edib.

"Düşünürəm ki, gələn həftə ərzində bizə cavab veriləcək", – deyə o əlavə edib.

ABŞ-ın dövlət katibi qeyd edib ki, prezident Barak Obama aprelin 18-də Suriyanın Hələb şəhəri ətrafında hərbi qüvvələrin cəmləşməsi məsələsini rusiyalı həmkarı ilə müzakirə edib.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...