THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Angela Merkel və Donald Tusk Türkiyədə qaçqın düşərgəsinə baş çəkiblər

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
978
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 aprel 2016 – Newtimes.az

Almaniya kansleri Angela Merkel, Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans Türkiyənin Baş naziri Əhməd Davudoğlunun müşayiəti ilə ölkənin cənub-şərqindəki Qaziyantəp vilayətində yerləşən "Nizip-2'' qaçqın düşərgəsinə baş çəkiblər.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqı Türkiyədə qaçqınlar üçün layihələrə 6 milyard avro ayırmağa hazırlaşır və bu, A.Merkel, D.Tusk və F.Timmermansın Türkiyəyə səfərinin əsas müzakirə mövzusu olub.

A.Merkel və Ə.Davudoğlu suriyalı uşaqların bir qrupu ilə söhbət edib, sonra düşərgəni gəziblər. Daha sonra Almaniya kansleri və Aİ-nin rəhbərləri düşərgənin ərazisində ailə mərkəzinin açılışında iştirak ediblər.

Qaçqınlar üçün düşərgə 2013-cü ildə açılıb. Burada 4818 suriyalı qaçqın məskunlaşıb. Türkiyədə ümumilikdə 3 milyona yaxın suriyalı qaçqın sığınacaq tapıb. Ölkədə 26 qaçqın düşərgəsi yaradılıb.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...