THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rəsmi Vaşinqton "ABŞ Ərdoğanı devirmək istəyir" iddialarına cavab verib

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
900
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 mart 2016 – Newtimes.az

ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bəzi mətbuat orqanlarında yayılan "ABŞ Türkiyədəki hökuməti və Ərdoğanı devirməyə çalışır" iddialarına münasibət bildirib.

SalamNews-un "Cumhuriyet"ə istinadla verdiyi xəbərə görə, Kirbi bu iddianı "mənasız" adlandırıb.

"Bu, elə axmaq bir iddiadır ki, cavab verərək onları şərəfləndirməyə dəyməz.

Kim bu iddianı ortaya atıb, bilmirəm. Bunlar axmaq, mənasız şeylərdir və ABŞ-ın cavabına belə layiq deyil", – ABŞ rəsmisi bildirib.

O, amerikalı diplomatların Türkiyənin "Cumhuriyet" qəzetinin mühakimə olunan baş redaktoru Can Dündar və qəzetin Ankara müxbiri Erdem Gülün məhkəmə prosesini izləmək cəhdini açıq şəkildə dəstəklədiyini qeyd edib: "O məhkəmə prosesində amerikalı diplomatlar var idi. Ev sahibi ölkədə baş verən siyasi, məhkəmə proseslərini izləmək, onlarla bağlı hesabat hazırlamaq diplomatik prosedurlara tam şəkildə uyğundur. Bu, ilk dəfə deyil, sonuncu dəfə də olmayacaq.

Məhkəmə prosesinin gizli aparılmasını narahatlıqla qarşılayırıq. Bu, utanılmalı bir vəziyyətdir".

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...