THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Obama Ərdoğanla görüşmək istəmədi

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
551
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 mart 2016 – Newtimes.az

ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın şəxsi görüş haqda irəli sürdüyü təklifi rədd edib.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti martın son günlərində baş tutacaq nüvə sammitində iştirak etmək üçün Vaşinqtona gedəcək. ABŞ prezidentinin sözçüsü iki liderin görüşünə zərurətin olmadığını bildirib.

"Ərdoğanla görüşün baş tutmamasını hörmətsizlik kimi qəbul etmək lazım deyil, çünki Barak Obama Türkiyədə keçirilən G20 sammitində Türkiyə prezidenti ilə görüşüb, fevral ayında isə liderlər arasında telefon danışığı baş tutub" – deyə Ağ Evdən bildirilib.

Bununla da, Ərdoğanın Vaşinqtona səfəri çərçivəsində Barak Obama ilə görüşü baş tutmayacaq.

Xatırladaq ki, 2015-ci il noyabrın 15-də Türkiyənin Antalya şəhərində baş tutan Böyük İyirmilik sammitində Barak Obama və Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra iki lider bəyanatla çıxış etmişdi. Paris terrorundan iki gün sonra baş tutan toplantı zamanı Ərdoğan "Parisdə, Ankarada istənilən yerdə baş verən terror hadisəsi bu təhlükənin kollektiv xarakter daşıdığını və hamıya aid olduğunu sübut edir. Biz bu toplantıda terrorizmə qarşı qəti mövqeyimizi nümayiş etdirəcəyik" – deyə söyləmişdi.

Onu da qeyd edək ki, bu açıqlama Obama və Ərdoğanın terrorizmlə bağlı verdiyi birgə bəyanat kimi qiymətləndirilib.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...