THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Aİ "Cənub Qaz Dəhlizi" üzrə tədarüklərin coğrafiyasının genişlənəcəyini gözləyir

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
831
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 fevral 2016 – Newtimes.az

"Cənub Qaz Dəhlizi" Avropa İttifaqı (Aİ) üçün prioritet olaraq qalır.

Trend xəbər verir ki, bunu Avropa Komissiyasının energetika üzrə xüsusi nümayəndəsi "New Europe" qəzetinə müsahibəsində deyib. Qəzet xüsusi nümayəndənin adını açıqlamır.

Xüsusi nümayəndə qeyd edib ki, region üçün "Cənub Qaz Dəhlizi", eləcə də TANAP boru kəməri, Yunanıstan və İtaliya arasında Transadriatik qaz kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihələrinin başa çatması bilavasitə prioritet olaraq qalır.

O bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi uğurla həyata keçirilir, artıq 2020-ci il üçün Azərbaycan qazı Aİ-yə çatdırılacaq.

Bundan başqa, onun sözlərinə görə, bu layihə gələcəkdə digər Şərqi Aralıq dənizi ölkələrindən, eləcə də Xəzər dənizi regionu və Yaxın Şərq ölkələrindən Aİ-yə qaz tədarükü məsələsində yardımçı ola biləcək.

Xüsusi nümayəndə vurğulayıb ki, "Cənub Qaz Dəhlizi" fevralın 24-də Rusiyada Qara dənizin dibi ilə üçüncü ölkələr vasitəsilə təbii qaz tədarükünün təşkili haqqında Rusiyanın "Qazprom", İtaliyanın "Edison" və Yunanıstanın DEPA şirkətləri arasında imzalanmış memorandumdan daha böyük üstünlüklərə malikdir.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya 10 milyard kubmetr Azərbaycan qazının nəqlini nəzərdə tutur.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...