
Bakı, 17 fevral 2016 – Newtimes.az
Türk Silahlı Qüvvələri Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis bölgəsinə tank, zirehli avtomobil, artilleriya batareyası göndərib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, hərbi texnika Türkiyənin Yüksəktəpə sərhəd məntəqəsinə yerləşdirilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bölgəyə jandarm, əsgərlər də göndərilib.
Xəbərdə bildirilib ki, "Fırtına" adlı qaubitslar, tank və toplar Suriyaya doğru tuşlanıb.
İnformasiyalara əsasən, Suriyadan gələn qaçqın axını ilə bağlı təhlükəsizliyin təmin olunması üçün Kilisə 15 min əsgər göndərilib.
Newtimes.az
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...