THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Medvedev Rusiya və NATO arasında yeni soyuq müharibə başladığını elan edib

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1960
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 fevral 2016 – Newtimes.az

Rusiyanın baş naziri Dmitri Medvedev NATO və Rusiya arasındakı mövcud əlaqələri qiymətləndirib. "Report" BBC-yə istinadən xəbər verir ki, o, bunu yeni soyuq müharibənin başlanğıcı kimi dəyərləndirib.

"Bizim qiymətləndirməyə görə, NATO-nun Rusiyaya qarşı siyasi xətti qapalı və dost olmayan formada qalmaqdadır. Daha kəskin formada da deyə bilərik: biz yeni soyuq müharibə dövrünə düşmüşük", – deyə Medvedev Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən bildirib.

"Demək olar, hər gün bizi ya ümumilikdə NATO, ya da ayrılıqda Avropa, Amerika və ya başqa dövlətlər üçün ən qorxulu qüvvə olmaqda ittiham edirlər. Rusiyalıların nüvə müharibəsinə başladığı dəhşətli filmlər çəkirlər. Hərdən öz-özümə fikirləşirəm: indi biz 2016-cı ildəyik, yoxsa 1962?", – deyə o sözlərinə əlavə edib.

"Avro-Atlantik təhlükəsizlik, qlobal sabitlik, regional təhdidlər barədə intensiv dialoqumuz bu gün xüsusilə vacibdir. Bu danışıqların bir çox istiqamətlərdə iflasa uğramasını anormallıq kimi qiymətləndirirəm", – deyə Dmitri Medvedev bildirib.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...