THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İsrail baş nazirinin nümayəndəsi: "Türkiyə ilə danışıqlarda irəliləyiş var"

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1214
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 fevral 2016 – Newtimes.az

"Türkiyə ilə İsrail arasında bir sıra problemlər tənzimlənməsə də, danışıqlarda irəliləyişlər var".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İsrail baş nazirinin mətbuat katibi Ofir Gendelman bildirib.

O qeyd edib ki, Türkiyə ilə danışıqlarda irəliləyişlər var: "Tənzimlənməyən problemlər yaxın günlərdə keçiriləcək görüşdə müzakirə ediləcək".

Qeyd edək ki, iki gün əvvəl İsrail baş naziri Binyamin Netanyahunun təmsilçisi Yosef Çexanover, milli təhlükəsizlik üzrə müşavir Yakob Nagel və Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu arasında görüş olub. Görüşdə tərəflər Qəzza zolağında baş vermiş hadisəyə görə İsrailin üzr istəməsi, bu ölkədən Türkiyəyə təbii qazın nəqli kimi məsələləri müzakirə ediblər.

Xatırladaq ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi mərmərə" gəmisinə İsrail hərbçilərinin basqın nəticəsində Türkiyənin 9 vətəndaşı həlak olmuşdu. 6 ilə yaxındır iki ölkə arasında əlaqələr mövcud deyil.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...