THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2630
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 yanvar 2016 – Newtimes.az

ABŞ-ın Maliyyə NazirliyiTehranın nüvə proqramı ilə əlaqəli olan İran, Çin və BƏƏ-nin bir sıra vətəndaş və şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə Amerikanın maliyyə idarəsinin saytında məlumat dərc olunub.

Qadağalar siyahısına İranın ballistik raketlər sınağı proqramında bilavasitə iştirak edən 11 hüquqi və fiziki şəxs düşüb. Nazirliyin bəyanatında bildirilir ki, şirkətlər İrana raketlərin sınaqdan keçirilməsi üçün lazım olan avadanlığı tədarük etmək qadağasını pozublar.

"İranın ballistik raket proqramı regional və qlobal təhlükəsizlik üçün böyük təhlükə kəsb edir və beynəlxalq sanksiyalara məruz qalacaq", – deyə Maliyyə Nazirliyinin nümayəndəsi Adam Şubin qeyd edib.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...