THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriyada yeni cəbhə

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
512
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 iyun 2013 – Newtimes.az

Suriyanın Türkiyə ilə həmsərhəd rayonu İfrində vəziyyət gərginləşib. Bu gün o regiondan KİV-lərə daxil olan məlumata görə, kürd silahlıları ilə suriyalı üsyançılar arasında qanlı döyüş baş verib. 4 nəfər öldürülüb, onlarla adam yaralanıb. Son günlər bu regionda baş verən terror aktlarında hər iki tərəfdən 30 nəfər qətlə yetirilib. Onlarla ərəb və kürd itkin düşüb. Yerli KİV-lərin məlumatına görə, onlar vuruşan tərəflərin əlində girov kimi saxlanılır. Region müşahidəçilərinin qənaətinə görə, İfrində baş verən hadisələr faktiki olaraq, Suriyadakı ikiillik vətəndaş müharibəsində yeni cəbhə açıb.

Suriyalı ərəblərlə kürdlər arasında əsrlərlə davam edən torpaq davası 2011-ci ildə baş vermiş üsyandan sonra daha da kəskinləşir. Öncə kürdlər dinc nümayişçilərə qoşulsalar da, Suriyada əhalinin 10%-ni təşkil edən bu milli azlığın əksəriyyəti hakimiyyətlə silahlı münaqişədən kənarda dayanmağa üstünlük veriblər. Kürdlər bir sıra müxalif təşkilatlarda məsul postları tutsalar da, müxalifət və inqilabi güclərin Milli koalisiyasının hərbi rəhbərliyində təmsil olunmurlar.

Ordu qüvvələrinin təzyiqlərini dəf etmək istəyən üsyançı dəstələr kürdlərin məskunlaşdığı ərazilərə çəkiliblər. Onlar burada bir müddət əvvəl Türkiyə ərazisindən çıxan və döyüş təcrübəsi olan PKK silahlıları ilə üz-üzə gəlməli olublar.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...