THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ taliblərlə danışıqlara başlayıb

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
438
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 iyun 2013 – Newtimes.az

ABŞ ilə "Taliban” hərəkatı nümayəndələrinin Əfqanıstanda vəziyyətin sülh yolu ilə nizama salınmasına dair danışıqları bu həftə keçiriləcək. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Cen Psaki jurnalistlərə bildirib ki, Birləşmiş Ştatların Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Ceyms Dobbins regiona yola düşür.

ABŞ-ın emissarı Türkiyə, Qətər, Əfqanıstan və Pakistanda görüşlər keçirəcək. Taliblərlə görüş iyunun 20-də Qətərin paytaxtı Doha şəhərində nəzərdə tutulub. C.Psaki C.Dobbinsin məhz kiminlə görüşəcəyi barədə məlumat verməkdə çətinlik çəkib.

Administrasiyanın adı çəkilməyən nümayəndələri bundan əvvəl jurnalistlərə bildirmişdilər ki, ABŞ taliblərdən "Əl-Qaidə” və onunla bağlı qruplaşmalarla əlaqələri kəsməyi, zorakılıqdan əl çəkməyi və Əfqanıstanın konstitusiyasını qəbul etməyi təkidlə tələb edəcək. Lakin Dövlət Departamentində bu məsələyə aydınlıq gətirərək bildiriblər ki, həmin tələblər "Taliban” ilə danışıqların başlanması üçün ilkin şərt deyil.

ABŞ əsirlərin mübadiləsi barədə məsələni radikal əfqanlarla müzakirə etməyə hazır olduğunu təsdiqləyib.

Taliblər ABŞ-ın xoş məram nümayiş etdirəcəyini, Quantanamodakı həbsxanadan azı beş silahlının azad olunacağını gözləyirlər. Əvəzində onlar 2009-cu ilin iyununda ələ keçirdikləri Amerika ordusunun 25 yaşlı çavuşu Boui Berqdalı azad etməyə hazırdırlar.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...