THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

MKİ direktorunun müavini istefa verib

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1508
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 iyun 2013 – Newtimes.az

Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun birinci müavini, bir müddət idarənin rəhbəri vəzifəsini icra etmiş Maykl Morel istefaya gedib.

Ağ Evdən bildiriblər ki, o, ABŞ prezidenti yanında kəşfiyyat üzrə məsləhət şurasına keçəcək.

Barak Obama Mərkəzi Kəşfiyyat İdarəsində Maykl Morelin yerinə Evril Haynsı təklif etmək niyyətindədir. E.Hayns yaxın vaxtlaradək prezidentin köməkçisinin müavini və eyni zamanda, Ağ Evin milli təhlükəsizlik üzrə hüquq məsləhətçisinin müavini işləyib.

E.Hayns peşəkar hüquqşünasdır. O, Ağ Evdə vəzifəyə gələnədək Dövlət Departamentində işləyib.

Mərkəzi Kəşfiyyat İdarəsindəki yerdəyişmələr barəsində xəbərlər xüsusi xidmət orqanından məlumatların sızması ilə bağlı qalmaqalın fonunda yayılır.

Maykl Morel 2010-cu ilin mayından Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun müavini vəzifəsində çalışır. O, faktiki olaraq iki dəfə bu idarəyə rəhbərlik edib, sonuncu dəfə 2013-cü ilin mart ayınadək – təxminən dörd ay həmin vəzifədə olub.

2013-cü ilin martından Mərkəzi Kəşfiyyat İdarəsinə son illər prezident Barak Obamanın ən yaxın köməkçilərindən biri olan Con Brennan rəhbərlik edir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...