THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gezi parkı üçün referendum təklif olundu

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
661
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 iyun 2013 – Newtimes.az

AKP-nin sədr müavini və partiyanın sözçüsü Hüseyn Çelik Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Gezi parkı heyətilə görüşündən sonra verdiyi açıqlamada bildirib ki, parkla bağlı layihə İstanbulda referenduma çıxarıla bilər. Bu barədə "Anadolu" agentliyi məlumat verib.

Hüseyn Çelik bildirib ki, "Gezi parkındakı aksiyaların qiyamətə qədər davam etdirilməsi hökumət tərəfindən qəbul edilməyəcək. Hətta belə bir görüşün keçirilməsindən sonra gənclərin Gezi parkını boşaldacaqlarını düşünürəm".

O, əlavə edib ki, Türkiyədə diktatura olmadığı üçün bu cür aksiyalar olur: "Əgər Türkiyədə diktatura olsaydı, bu aksiyalar ola bilməzdi. Baş tutsaydı belə, nəticə çox fərqli olardı. Təbii ki, bu günə qədər polisin bəzi müdaxilələri oldu. Bu müdaxilələr nəticəsində xəsarət almış vətəndaşlarımız da var. Amma bu gün Londonda "Böyük səkkizliy"in toplantısı öncəsi polislə insanlar arasındakı qarşıdurmalar zamanı yaranmış vəziyyətə də diqqət yetirin".

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...