THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Çex nazir Azərbaycandan üzr istədi

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1856
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 iyun 2013 – Newtimes.az

Çex Respublikasının xarici işlər naziri Karel Şvartsenberq "Pravo” qəzetinə müsahibəsində Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlərinə görə Azərbaycandan rəsmi şəkildə üzr istəyib. O etiraf edib ki, düzgün məlumatlandırılmadığı üçün bu faciəni "şüurlu surətdə planlaşdırılmış qətl” adlandırıb.

Azərbaycanlı həmkarı ilə Vaşinqtondakı görüşündən danışan Şvartsenberq deyib: "Ondan üzr istəmişəm. Bildirdim ki, əlimdə yanlış sənədlər olduğu üçün Yerevanda jurnalistin Xocalı şəhərində qətlə yetirilmiş sakinlərlə bağlı sualına cavabımda demişəm ki, Çexiya insan hüquqlarının hər cür pozulmasına qarşıdır, amma müharibələr zamanı bu kimi hadisələr baş verir. Müharibə olan dövrdə, Dağlıq Qarabağda ATƏT-i təmsil edirdim. Yerevan-Bakı-Stepanakert arasında uçurdum, bu, dəhşətli idi. Buna görə də məlumatlarda gördüyümə əsasən, orada 60 insanın qətlə yetirildiyini bildirmişəm, amma əslində 600 idi, bu isə ayrı bir şeydir. Düşünürdüm ki, hər hansı bir atəşə tutma zamanı altmış insan həlak olub, müharibələr zamanı bu baş verir. Amma onların sayının 600 olduğunu biləndə, tamamilə ayrıdır, bu, düşünülmüş qətl idi. Buna görə ondan üzr istəmişəm və o başa düşdü. Hər kəs hərdən yanlış rəqəm əldə edir. Bu mənim səhvim idi, boynuma alıram”.

Məlumatı AzərTAc yayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...